Məhkəmə qərarları › İş №2(064)-553/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-553/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-553/2023 05.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 avqust 2021-ci il tarixli müqavilə üzrə yaranmış borca görə cəmi 117 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı məhkəməyə 04 aprel 2023-cü il tarixli, 8771/6 nömrəli məktubla müraciət edərək, cavabdehin borc öhdəliyini yerinə yetirməsinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin əslinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya qaytarmasını xahiş etmişdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 114.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsli iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı "xxxx" MMC-nin dövlət rüsumuna görə ödədiyi 30 (otuz) manat məbləğində pul ona ("xxxx" MMC-nin rekvizitləri VÖEN:**********, Hesab №: AZ78PAHA40060AZNHC**********, Alanın Bankı: "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, M/h: AZ82NABZ**********000071944, S.W.İ.F.T. BİK PAHAAZ22) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar