Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-593/2024 23.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı verdiyi “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təhvil aldığı qızıl-zinyət əşyalarının dəyərinə görə 116874,00 manat və ödənilmiş dövlət rüsumuna görə 406,87 manat olmaqla, cəmi 117280,87 manat məbləğində pulun alınıb iddiaçılara ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsi Elektron Məhkəmə İnformasiya Sistemində (bundan sonra - “AZEMİS”) qeydiyyata alınmış hazırki mülki iş üzrə “cavabdeh” qrafasında adı, soyadı və ata adı iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi şəxslə eyni olsa da, doğum tarixi və yeri, rəsmi qeydə alındığı yer başqa olan şəxsin səhvən qeydə alınması nəticəsində “AZEMİS”-dən həmin şəxs barədə əldə edib iş materiallarına əlavə etdiyi məlumata əsasən iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi şəxsin Füzuli rayonu, Qaraxanbəyli kəndində rəsmi qeydə alınmış Cavabdeh olmasını müəyyən edərək, qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, 2(057)132/2024 nömrəli qərardadla mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Füzuli Rayon Məhkəməsində mülki iş icraata qəbul edilərək, 12 mart 2024 və 02 aprel 2024-cü il tarixlərə məhkəmənin hazırlıq iclasları təyin edilmiş, cavabdehin nümayəndəsi Vəkil2 (bundan sonra - cavabdehin nümayəndəsi) həmin məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmişdir. Füzuli Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərardadı ilə mülki işin məhkəmə baxışı 23 aprel 2024-cü il tarixə təyin edilmişdir. Bundan sonra 04 aprel 2024-cü il tarixdə cavabdehin nümayəndəsi “AZEMİS” vasitəsilə Füzuli Rayon Məhkəməsinə göndərdiyi ərizəsində cavabdehin Füzuli rayonu, Qaraxanbəyli kəndində deyil, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olduğunu göstərərək və bu faktı təsdiq edən sənədləri yalnız həmin ərizəsinə əlavə edərək hazırki mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin 04 aprel 2024-cü il tarixli ərizəsinə əlavə etdiyi və iş materiallarında olan digər sənədlər əsasında müəyyən etmişdir ki,: - iş üzrə iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh adlı şəxs əvvəlcə Salyan Rayon Məhkəməsi, sonradan isə Füzuli Rayon Məhkəməsində “AZEMİS” vasitəsilə “cavabdeh” qrafasında qeydə alınmış, 22 avqust 1981-ci il tarixdə Füzuli rayonu, Qaraxanbəyli kəndində doğulmuş və qeydiyyatda olan, adına 14 fevral 2017-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmiş Cavabdeh deyil, 06 may 1985-ci il tarixdə Masallı rayonu, Güllütəpə kəndində doğulmuş və qeydiyyatda olan, adına 12 may 2020-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş şəxsdir (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, bu barədə “Elektron məhkəmə portalı” vasitəsilə əldə edilmiş məlumat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surəti və 17 noyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən nümayəndəsi Vəkil2 adına verilmiş, notariat qaydasında təsdiq edilmiş AR-İİİ 216465 nömrəli etibarnaməyə əsasən). - Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(106)-242/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh olan Cavabdeh Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olduğu müəyyən edildiyinə görə Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(057)1173/2023 və 06 oktyabr 2023-cü il tarixli 2(057)1180/2023 nömrəli qətnamələri ləğv edilmiş, həmin mülki işlər ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir (Həmin qərardadın surətinə əsasən). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 45.1-ci maddəsinə əsasən ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş prosessual hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğuna və iş üzrə cavabdeh Masallı rayonu, Güllütəpə kəndində rəsmi qeydə alındığına görə cavabdehin nümayəndəsinin verdiyi vəsatət təmin edilməli, hazırki mülki işə ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də mülki işin materialları Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35.1, 40.1, 45.1, 45.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh nümayəndəsi Vəkil2 verdiyi vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı verdiyi “pul tələbinə” dair 2(064)- 593/2024 nömrəli mülki işin materialları baxılması üçün ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-593/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-593/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver