Məhkəmə qərarları › İş №2(064)-598/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-598/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-598/2023 04.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “əsassız varlanma nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 1186,92 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 31,87 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri olduğundan məhkəmə tərəfindən iddiaçıya 08 iyun 2023-cü il tarixli sorğu ünvanlanaraq, bankla cavabdeh arasında plastik kart hesabının açılmasına dair bağlanmış müqavilənin, iddia ərizəsinə əlavə edilmiş “Ödəniş kartı üzrə çıxarış”da göstərilən məlumatlar üzrə ətraflı izahın, eləcə də cavabdeh tərəfindən müvafiq pul məbləğinin kart hesabından başqa ünvanlara yönlənməsi və ya terminal vasitəsi ilə çıxarılmasına dair məlumatların məhkəməyə təqdim edilməsi, bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilmiş, iddiaçıya göstərilən məlumatların 04 iyul 2023-cü il tarixədək bank tərəfindən məhkəməyə təqdim edilməzsə, Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanıla biləcəyi barədə xəbədarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə tərəfindən iddia tələbinin düzgün həll edilməsi məqsədilə sorğu edilmiş məlumatları müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçının dövlət rüsumuna görə ödədiyi 31,87 manat məbləğində pul özünə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.12, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “əsassız varlanma nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nin dövlət rüsumuna görə ödədiyi 31,87 manat məbləğində pul özünə (İddiaçı ASC, bankın kodu: 200004, VÖEN: **********, M/h: AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar