Məhkəmə qərarları › İş №2(064)-61/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-61/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-61/2024 15.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 5000 manat əsas və 599,55 manat faiz, 626,12 manat cərimə borcuna görə cəmi 6225,67 manat və ödənilmiş dövlət rüsumuna görə 82,26 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. “ Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən, Cavabdeh vəfat etməsi müəyyən olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki halından görünür ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı iş üzrə mübahisə edilən hüquq münasibətində cavabdehin hüquqi varisini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal hazırki iddia ərizəsinin cavabdeh kimi Cavabdeh qarşı məhkəmə icraatını istisna etdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar