Məhkəmə qərarları › İş №2(064)-615/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-615/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-615/2023 14.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 1170 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsində cavabdehin ünvanını ümumi şəkildə “Füzuli rayonu, Veysəlli kəndi” kimi göstərməklə, faktiki olaraq sonuncunun qeydiyyatda olduğu ünvanın “Füzuli rayonu, Aşağı Veysəlli kəndi”, yoxsa “Füzuli rayonu, Yuxarı Veysəlli kəndi” olmasını dəqiq qeyd etməmiş, eləcə də iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı və faktiki yaşadığı ünvanlar barədə rəsmi sənədlər əlavə etməmişdir. Məhkəmə iddiaçıya izah qeyd edir ki, Füzuli rayonu, Aşağı Veysəlli kəndinin işğaldan azad edilməsi səbəbindən hazırda orada faktiki olaraq yaşayış olmadığına, Füzuli rayonu, Yuxarı Veysəlli kəndinin isə işğaldan azad edilmədiyinə görə iddia ərizəsində cavabdehin faktiki yaşadığı ünvanı göstərməli və ərizəsinə bu barədə rəsmi sənəd əlavə etməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanları iddia ərizəsinin giriş hissəsində Cavabdeh qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanları göstərmək və ərizəyə bunları təsdiq edən sənədləri əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar