Məhkəmə qərarları › İş №2(064)-66/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-66/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-66/2023 16.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumilikdə 127 manat borcun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş materilallarına əlavə edilmiş AZ-İ № 909381 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş materillarından göründüyü kimi Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş, iddiaçı "xxxx" MMC isə iddia ərizəsi ilə məhkəməyə cavabdeh vəfat etdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub,, QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar