Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-67/2023 04.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4, X5, X6, X7 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 107298-1-3638/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2021-ci il tarixə Banka borclu olduğu 13.611,20 manat məbləğində əsas borc, 22,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 13.633,66 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 107298-1-3638/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 15.337,91 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 04 mart 2021-ci ıl tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 13.611,20 manat məbləğində əsas borc, 22,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 13.633,66 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək mərhum Cavabdeh vərəsələri X4, X5, X6, X7 və X2 cavabdeh qismində işə cəlb olunmalarını və mərhum Cavabdeh 13.611,20 manat məbləğində əsas borc, 22,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 13.633,66 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsələri: arvadı-X4, oğlu-X5, oğlu-X6, qızı-X7 və oğlu-X8 və onların hər biri miras əamlakdan 1/5 irs almalıdır. Miras əmlak “KİA-OPTİMA” markalı, ** NK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və 11.335,94 manat pul vəsaitindən ibarətdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək 13.611,20 manat əsas borc, 22,46 manat faiz borcu olmaqla, ümumilikdə 13.633,66 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 13.663,66 manat pul vəsaiti cavabdehlər-vərəsələrdən tutulmasını xahiş etmişdir. Cavabdehlər X4, X5, X6, X7 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, “Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 107298-1-3638/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 15.337,91 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka 13.611,20 manat əsas borc, 22,46 manat faiz borcu olmaqla, ümumilikdə 13.633,66 manat borcu qalmışdır. Cavabdeh-borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri: arvadı-G.Aslanova, oğlu-E.Aslanov, oğlu-E.Aslanov, qızı-S.Aslanlı və oğlu-E.Aslanov cavabdeh qismində işə cəlb edilmişlər. Belə ki, qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələrin hər biri miras əmlakdan 1/5 irs almalıdır. Miras əmlak “KİA-OPTİMA” markalı, ** NK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və 11.335,94 manat pul vəsaitindən ibarətdir. Odur ki, məhkəmə belə hesab edir ki, borclu-miras qoyan Cavabdeh ölümündən sonra mirası qəbul etmiş cavabdehvərəsələr onlara çatan miras payı həcmində iddiaçı qarşısında birgə məsuliyyət daşıdıqlarından tələb olunan 13.663,66 manat pul vəsaiti də onlardan birgə tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə də, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. AR Konstitusiya Məhkəməsi Plenumu eyni mövqedən çıxış edərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X4, X5, X6, X7 və X1 birgə qaydada 13.663,66 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-67/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-67/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver