Məhkəmə qərarları › İş №2(064)-675/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-675/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-675/2024 13.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı verdiyi pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11400 manat əsas borcun və 124,2 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə iddiaçı öz vəsaiti hesabına Füzuli rayonu, Horadiz şəhərində yerləşən, həyat yoldaşı X1 məxsus mağazada telefon satışını həyata keçirməyi qərara almışdır. Bu məqsədlə tanışları X3 və Cavabdeh ilə şifahi razılıq əldə ediblər ki, mağazaya mobil telefon və telefon aksesuarlarının alınması üçün vəsaiti iddiaçı qoyacaq, Daşqın Quluzadə telefon və telefon aksesuarlarının alınması və gətirilib mağazaya çatdırılması ilə məşğul olacaq, Cavabdeh isə həmin malların satışını həyata keçirəcək. Bunun müqabilində əldə ediləcək gəlirin 50%-i iddiaçıya, 25%-i Daşqın Quluzadəyə, 25%-i isə Cavabdehyə çatacaq. İddiaçı bildirir ki, bu fəaliyyətlə məşğul olmaq üçün ümumilikdə 13900 manat vəsait qoyduğu halda, Cavabdeh qanunsuz fəaliyyəti nəticəsində həmin vəsaitin 11400 manat hissəsi israf olunmuş və nəticədə iddiaçıya 11400 manat maddi zərər dəymişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 13900 manat əsas borcun və 124,2 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək qanunsuz və əsassız olan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Elektron məhkəmə portalından əldə edilib iş materiallarına əlavə edilmiş məlumatlarda göstərilmişdir ki,: - iddiaçı xx.xx.2016-cı il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi qeydiyyata alınmış, VÖEN statusunu müvəqqəti dayandırmışdır - cavabdeh xx.xx.2017-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi qeydiyyata alınmış, VÖEN statusunu müvəqqəti dayandırmışdır. Tərəflər arasında tərtib edilmiş 27 noyabr 2017-ci il tarixli təhfil-təslim aktından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında İddiaçı məxsus qeyri-yaşayış sahəsi və telefon və telefon aksesuarları mağazasının təhvil-təslim edilməsi ilə bağlı tərəflərin imzaları ilə təsdiqlənən rəsmiyyət aparılmışdır. Füzuli Rayon Prokurorluğunun 20 aprel 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş 17 fevral 2021-ci il tarixli, **********009900 nömrəli məktuba əsasən vergi uçotbaza məlumatlarında aparılmış araşdırma zamanı Füzuli rayonu, Horadiz şəhəri ərazisində fəaliyyət göstərən obyektdə Cavabdeh (VÖEN: **********; VÖEN-in verilmə tarixi: xx.xx.2017) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, xx.xx.2017-ci il tarixində obyektin vergi orqanında qeydiyyata alındığı və həmin obyektdə xx.xx.2017-ci il tarixində nağd pul hesablaşmalarının aparılması üçün qanunvericiliklə nəzərdə tutulan nəzarətkassa aparatının qeydiyyata adlındığı müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyəti halhazırda dayandırılmışdır. Məhkəmə iclası zamanı aralarında sahibkarlıq münasibətlərinin olduğunu tərəflər özü də etiraf etmişlər. Azərbaycan Respublikası MPM-in: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki,: - məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). - İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir (13-cü bənd). - Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (o cümlədən fərdi sahibkarlar) iştirak edə bilərlər (20-ci bənd). - Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (28-ci bənd). Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki,: - iş üzrə iddiaçı və cavabdeh vergi ödəyicisi olmaqla fərdi sahibkar statusunda olduqlarına, - cavabdehin və iddiaçının VÖEN-nin aktiv olmamasının onların fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirilməsinə əsas vermədiyinə, - iş üzrə mübahisənin predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdən (kommersiya mübahisələrindən) irəli gəldiyinə, beləliklə də Azərbaycan Respublikası MPM-in 24.2 və 32.4-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsasında hazırki mübahisəyə baxılmasının kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu müəyyən edildiyinə görə iş materialları baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublika.sı MPM-in 25.1, 26.1, 31, 32, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi pul tələbi barədə iddia ərizəsi üzrə 2(064)-675/2024 nömrəli iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar