Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-685/2023 05.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artıraraq Cavabdeh aylıq əməkhaqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə evliliyindən xx.xx.2020-ci il tarixdə X3 adlı bir övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamışlar, sonradan xasiyyətləri uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuş, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qətnaməsi ilə uşaq onun yanında saxlanılmış, cavabdehdən bir uşaq üçün 130 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağın gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. O, işsiz olduğundan övladını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir, onun gündəlik minimum xərclərini ödəyə bilmir. Cavabdeh “Anama” şirkətində işləyir, aylıq əməkhaqqı yüksəkdir, buna baxmayaraq uşağı ilə maraqlanmır, onun gündən-günə artan xərclərinin ödənilməsində ona heç bir köməklik göstərmir. Bu səbəbdən alimentin miqdarının artırılmasına və onun tutulma qaydasının dəyişdirilməsinə dair qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini nəzərdən keçrərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ələkbərovun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-1524/2020 saylı qətnaməsi ilə Cavabdeh 26 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat alimentin alınaraq azyaşlı Zeynəbin saxlanılması üçün iddiaçı X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə, qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh azyaşlı Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli və cavabdehin aylıq əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-685/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-685/2023
05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver