Məhkəmə qərarları › İş №2(064)-697/2023

Füzuli Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(064)-697/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Füzuli rayonu İş № 2(064)-697/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, kreditor Beyləqan rayonu, Şahsevən-1 kəndində yaşayan Kreditor borclu Füzuli rayonu, Horadiz şəhərində yerləşən N saylı hərbi hissədə xidmət aparan Borclu qarşı pul tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Kreditor Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 5.500 manat borcun və 100 manat dövlət rüsumunun tutularaq kreditora ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini belə əsaslandırmışdır ki, Borclu ondan 5.500 manat almış və bununla bağlı aralarında qəbz də mövcuddur. Borcludan şifahi qaydada borcunu tələb etsə də o, bundan boyun qaçırmışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş qəbzdən görünür ki, Borclu Kreditor 2022-ci ilin iyul ayında 5.500 manat vəsaiti alaraq 2023-cü ilin yanvar ayına kimi geri qaytaracağına söz vermişdir. Göründüyü kimi, borclu üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu ödəməmişdir. Belə olan halda, kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, hesab edirəm ki, ərizə əsaslı olduğundan təmin edilməli, borcludan 5.500 manat borc tutularaq kreditora ödənilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsində göstərilir ki, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa. Odur ki, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Kreditor Beyləqan rayonu, Şahsevən-1 kəndində yaşayan Kreditor xeyrinə borclu Füzuli rayonu, Horadiz şəhərində yerləşən N saylı hərbi hissədə xidmət aparan Borclu 5.500 manat və 100 manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Füzuli Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi tel.: (026-315) 51-82 2(064)-697/2023 29 mart 2023-cü il Kreditor Ünvan: Beyləqan rayonu, Şahsevən-1 kəndi Füzuli Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(064)-697/2023 saylı məhkəmə əmri sizə göndərilir. Qoşma: əmr. HAKİM Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi tel.: (026-315) 51-82 2(064)-697/2023 29 mart 2023-cü il Borclu Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, N saylı h/h Kreditor Borclu qarşı pul tələbinə dair ərizəsi üzrə Füzuli Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli məhkəmə əmri sizə göndərilir. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsində qeyd edilir ki, məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282 və 283-cü maddələrinə əsasən, məhkəmə əmrini aldığınız gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərsiniz. Sizin etirazınız prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələbinə görə, əgər müəyyən edilmiş müddətdə (yəni məhkəmə əmrini aldığınız gündən 10 gün müddətində) məhkəməyə etirazınız daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Qoşma: məhkəmə əmri. HAKİM Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar