Məhkəmə qərarları › İş №2(064)-699/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-699/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-699/2025 23.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 550 manat pulun və 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılığa əsasən o, 2024-cü ilin iyul ayında cavabdehə 550 (beş yüz əlli) manat pulu borc vermişdir. Cavabdeh işlədiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-də işlədiyinə və əmək haqqı aldığına görə ondan aldığı borc pulu 2024-cü ilin avqust ayının əmək haqqını aldıqdan sonra qaytaracağını bildirmişdir. Lakin Cavabdeh borcunu qaytarmadığına görə o, borcu qaytarmağı dəfələrlə ondan tələb etmişdir. Cavabdeh isə hər dəfə borcu növbəti əmək haqqını alanda qaytaracağını bildirsə də, bu günədək 550 manat pulu ona qaytarmamışdır. Ona görə də bu barədə Füzuli rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etməyi məsləhət görülüb. Cavabdeh ona olan 550 manat borcunu qaytarmadığına görə pozulmuş hüququnun bərpası üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, hazırda iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu var və həmin pulu hissə-hissə iddiaçıya qaytaracaq və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Füzuli rayon Polis Şöbəsindən tərəfindən Cavabdeh alınmış izahatından görünür ki, o, İddiaçı borclu olduğunu etiraf etmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, iddia tələbini tam qəbul edir, iddiaçıya borcu var və həmin pulu hissə-hissə iddiaçıya qaytaracağını bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 35000 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya 35000 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 550 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar