Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-700/2025 17.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 5070 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla əsaslandırmışdır ki, əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən N saylı hərbi hissədə MAXE rütbəsində qulluq edən Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə borc pula ehtiyacı olduğundan şahidlərin iştirakı ilə ondan 5.000 (beş min) manat məbləğində borc pul alaraq 1 ay müdətində geri qaytarcağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı şahidlərin iştirakı ilə borc müqaviləsi bağlamış və öz xətti və imzası ilə həmin borc müqaviləsini təsdiq etmişdir. Həmçinin 2 nəfər şahidlər belə borc müqaviləsini imzalamışlar. Hətta borc müqaviləsində əgər borcunu qaytarmasa barəsində Azerbaycan Respublikasının Qanunlarına müvafiq qaydada məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı borc pulu ona 1 ay müddətində geri qaytaracağına dair dəfələrlə söz versə de, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də sonradan cavab belə verməmişdir. Odur ki, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Hazırda da cavabdeh hərbi hissədən tərxis olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin ağır əməliyyat keçirdiyindən məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh hal-hazırda ona 3000 manat borcunun olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə göstərilən prosessual qanunvericilik normaları, iş materiallarında olan, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 may 2022-ci il tarixli borc müqaviləsi, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsaslanmaqla müəyyən etdi ki, cavabdeh iddiaçıdan 5000 manat məbləğində pulu borc almış, cavabdehin hal-hazırda İddiaçıya cəmi 3000 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 76.1, 76.2, 77.1, 88, 106.3-cü maddələrinə əsasən iş üzrə iddiaçının verdiyi iddia tələbi və cavabdehin ona etdiyi etirazla bağlı irəli sürdükləri dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22 may 2022-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 3000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddia tələbini qismən qəbul etsə də, Məhkəməyə bunu təsdiqləyən heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 70 manatdan ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehdən 22 may 2022-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməli olması hissəsində təmin edilməli olduğuna və işdə iştirak edən şəxslərə məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib qaydada aid edilməli olduğuna görə iddiaçının dövlət rüsumu üçün ödədiyi 70 manat məbləğində pulun 42,16 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış borca görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 42,16 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-700/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-700/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver