Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-712/2023 25.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq RSK5646305 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 393 manat əsas borc, 118 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 541 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli alğısatqı müqaviləsinə əsasən məişət əşyalarını 12 ay müddətə hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh həmin əşyaların dəyərini qismən ödəniş etsə də müqavilə üzrə qalan 393 manat əsas borcu ödəməmiş və bununla da alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Nəticədə cavabdehin 393 manat əsas borc, 118 manat cərimə borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən məişət əşyalarını 12 ay müddətə hissəhissə ödəmək şərti ilə almışdır. Cavabdeh həmin əşyaların dəyərini qismən ödəniş etsə də müqavilə üzrə qalan 393 manat əsas borcu ödəməmiş və bununla da alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Nəticədə cavabdehin 393 manat əsas borc, 118 manat cərimə borcu qalmışdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 118 manat cərimə borcun azaldılaraq tələb olunan əsas borca münasibətdə 39 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 393 manat əsas borc, 39 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 462 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov İş № 2(064)-712/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 25 may 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra aşağıdakı qətnaməni qəbul etdim: - İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 393 manat əsas borc, 39 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 462 manat pul tutulsun. - Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. S ə d r l i k e d ə n:
Məhkəmə qərarları › İş №2(064)-712/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-712/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver