Məhkəmə qərarları › İş №2(064)-725/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-725/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-725/2025 16.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 890 manat borcun, şikayət ərizələrinin və pretenziya məktubunun göndərilməsi üçün poçt göndərişinin verilməsi üçün ödənilmiş 14,20 manat, həmçinin məhkəmə xərcləri ilə əlaqədar ödənilmiş 30 manat pulun, ümumilikdə 934,20 (doqquz yüz otuz dörd manat iyirmi qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onun bildiyinə görə Cavabdeh Kürdeniz oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissədə hərbçidir. O, cavabdehə inanaraq 1300 (bir min üç yüz) manat məbləğində 1 (bir) ədəd “SAMSUNG” markalı mobil telefonu cavabdehə vermiş, cavabdehlə aralarında cavabdehin ona hər ay 100 manat ödəniş edəcəyi barədə razılaşmışlar. Lakin cavabdeh borcundan 410 manat ödəmiş, 2023-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında ödənişləri etdikdən sonra 2024-cü ilin yanvar ayından ödənişləri dayandırmışdır. Cavabdehdən pulunun geri qaytarılmasını dəfələrlə tələb etsə də, hər dəfə onu yubadaraq bu gün, sabah qaytaracağını bildirsə də, bu günə kimi qaytarmamışdır. Buna görə də o, məcbur olub Cavabdeh Kürdeniz oğlunun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Qarnizonunun hərbi polisin rəisinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Qarnizonunun hərbi polisin rəisinin 09 avqust 2024-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh Kürdeniz oğlu 21 oktyabr 2023-cü il tarixdə xidmət müddəti başa çatdığından Azərbaycan Ordusundan ehtiyata buraxıldığına görə barəsində tədbir görmək mümkün olmamışdır. Bu barədə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan Hərbi prokurorluğuna da şikayət ərizəsi ilə müraciət etmişdir. 16 avqust 2024-cü il tarixli cavab məktubuna əsasən borc məsələləri ilə bağlı onun mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu səbəbdən də mülki qaydada məhkəməyə iddia ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini tam qəbul etdiyini və hazırda iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olduğunu, həmin pulu iddiaçıya qaytaracağını bildirmişdir. Maddi imkanın zəif olması ilə bağlı bu günədək borcunu ödəyə bilmədiyini qeyd etmişdir. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. X2 Və Məhkəmə İclasında Tədqiq Edilmiş: -Cavabdeh Tərəfindən Məhkəməyə X1 Ki, X5 Edir. -X4, İddiaçı Hazırkı İddia İlə Əlaqədar 30,40 X3 Rüsumu Ödəmişdir. -qəbzlərdən görünür ki, iddiaçı pretenziya məktublarının göndərilməsi üçün 14,20 manat ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 2000 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, cavabdehdən 890 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz) manat dövlət rüsumu və 14,20 manat poçt xərcləri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 890 (səkkiz yüz doxsan) manat əsas borc, 14,20 manat poçt xərcləri və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar