Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-726/2023 12.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-in xeyrinə 2013-ci il 13 dekabr tarixli kredit müqaviləsi üzrə 16.451,31 ABŞ Dolları əsas borc, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 18.999,66 ABŞ dolları, cərimə borcu olaraq 1.600 ABŞ dolları olmaqla, ümumilikdə 35.466,97 ABŞ dolları məbləğində kredit borcunun və 279 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2013-cü il 13 dekabr tarixli kredit müqaviləsinə əsasən X7 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 23%-lə 24 ay müddətinə 38.000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh ilə 2013-ci il 13 dekabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. 27 noyabr 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2020 tarixədək təyin edilir. 2013-ci il 13 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. X4 2013-ci il 13 dekabr tarixli kredit müqaviləsi üzrə banka 16451,31 ABŞ Dolları əsas, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu nəzərə alınmaqla faiz borcu olaraq 18999,66 ABŞ dolları, cərimə borcu olaraq 1600 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X7 borcu ödəməkdən boyun qaçırmış, buna görə də bundan əvvəl bir dəfə Füzuli Rayan Məhkəməsinə müraciət olunmuş və məhkəmədən: 1. X2 və Cavabdeh müştərək qaydada "xxxx" İKB ASC-in xeyrinə 2013-ci il 13 dekabr tarixli kredit müqaviləsi üzrə 17043.6 ABŞ Dolları əsas, 20944,44 ABŞ Dolları faiz, 4311,04 ABŞ Dolları cərimə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 374,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 42674,03 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2.X1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində yerləşən, 2 otaqlı, 126.8 kv.m ümumi, 55.0 kv.m yaşayış, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayiş evininin açıq hərracdan satılması və borcun həmin fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X3 Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində yerləşən, 2 otaqlı, 126.8 kv.m ümumi, 55.0 kv.m yaşayış, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə X7 arasında bağlanmış 13 dekabr 2013-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmə icraatında olan zaman iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək zamin Cavabdeh vəfat etməsini nəzərə alaraq onun cavabdehlər sırasından çıxarılmasım xahiş etmiş və məhkəmə xx.xx.2021-ci il tarixli qətnamə qəbul edərək iddiamızı qismən təmin etmişdir. Hazırda müəyyən olunmuşdur ki, zamin Cavabdeh əslində yaşayır və texniki səhv olaraq nümayəndə məhkəməyə onun ölümü ilə bağlı ərizə vermişdir. Ona görə dəİ, ona qarşı hazırkı iddia ilə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi M.Seyidov iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. M.Seyidov həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək Cavabdeh 16.451,31 ABŞ dolları əsas borc, 18.636,36 ABŞ dolları faiz borcu, 1.600 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 363,3 ABŞ dolları olmaqla ümumilikdə 37.050,97 ABŞ dolları məbləğində kredit borcunun və 279 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə müraciət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək və iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 2013-cü il 13 dekabr tarixli kredit müqaviləsinə əsasən X7 "xxxx" İKB ASC-dən illik 23%-lə 24 ay müddətinə 38.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq hazırkı iş üzrə Cavabdeh ilə 2013ci il 13 dekabr tarixli zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə borcalan qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər borcalan və zamin müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiklərinə görə iddiaçı cavabdeh-borcalan T.Əliyevə qarşı məhkəmədə iddia qaldırmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X2 İddiaçı ASC-in xeyrinə 2013-ci il 13 dekabr tarixli kredit müqaviləsi üzrə 16.451,31 ABŞ Dolları əsas borc, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 18.999,66 ABŞ dolları, cərimə borcu olaraq 1.600 ABŞ dolları olmaqla, ümumilikdə 37.050,97 ABŞ dolları məbləğində milli manat ekvivalentində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İddiaçı sonradan cavabdehzamin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, zamin borcalanla birgə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı tərəfindən ona qarşı yönəlmiş tələb də təmin edilməlidir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 279 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 16.451,31 ABŞ dolları əsas borc, 18.636,36 ABŞ dolları faiz borcu, 1.600 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 363,3 ABŞ dolları olmaqla ümumilikdə 37.050,97 ABŞ dolları milli manat ekvivalentində pul və 279 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-726/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-726/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver