Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-728/2023 12.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada iddiaçının xeyirinə 4.682,05 manat əsas borc, 1.833,7 manat faiz borcu olmaqla, cəmi 6.515,75 manat pulun və 86 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən cavabdeh iddiaçıdan götürdüyü krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə geri qaytarmalıdır. Digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn ohdəliklərin icrası üçün Cavabdeh1 ilə eyni məsuliyyət daşıyır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırrmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi V.Niftiyev məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/9463 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 4.681,39 manat, faiz borcu üzrə 1.172,95 manat olmaqla cəmi 5.854,34 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən cavabdeh iddiaçıdan götürdüyü krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə geri qaytarmalıdır. Digər Cavabdeh2la bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn ohdəliklərin icrası üçün Cavabdeh1 ilə eyni məsuliyyət daşıyır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırrmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənilməmiş borcu 4.682.05 manat əsas borc, 1.833,7 manat faiz borcu olmaqla, cəmi 6.515,75 manat borcu təşkil etmişdir. Göründüyü kimi, cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə keçirilmiş və xx.xx.2023-cü il tarixli, 9/9463 saylı ekspert rəyi ilə Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcunun əsas borc üzrə 4.681,39 manat, faiz borcu üzrə 1.172,95 manat olmaqla cəmi 5.854,34 manat təşkil etdiyi müəyyən edildiyindən məhkəmə cavabdehlərdən məhz bu məbləğin tutulmasını əsaslı hesab edir. Bununla yanaşı, MPM-in 107 və 119-cu maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 86 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Həmçinin iş üzrə 50 manat ekspertiza xərcinin əvəzi cavabdehlərdən tutularaq MEM-in hesabına ödənilməlidir. İddia ərizəsində tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi xahiş olunsa da məhkəmə hesab edir ki, bu müddət artıq bitdiyindən müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə lüzum qalmamışdır. Odur ki, məhkəmə iddia tələbini bu hissədə rədd etməyi əsaslı hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyirinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borc üzrə 4.681,39 manat, faiz borcu üzrə 1.172,95 manat olmaqla cəmi 5.854,34 manat və 86 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada ekspertiza xərcinin əvəzi 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-728/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-728/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver