Məhkəmə qərarları › İş №2(064)-754/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-754/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-754/2023 19.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 3.900 manat pulun və 71 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayan Cavabdeh ilə qohumluq münasibəti var, belə ki, cavabdeh onun əmisi oğludur. 2022-ci ilin mart ayında əmisi oğlu Vüsal ona demişdir ki, ona vacib pul lazımdır. O, da Vüsala demişdir ki, kürəkəni X3 borca pul verir faizə. Vüsal da demişdir ki, razıdır, Rasimdən 3.200 manat al ver. O, Rasimə demiş, Rasim də bacısı Gülbənizə demişdir ki, 3.200 manatı gətir ver. O, da 3.200 manatı alıb əmisi oğlu Vüsala vermişdir. Vüsal pulu 2 ay müddətində faizi birlikdə qaytaracağını bildirsə də buna əməl etməmişdir. Gülbəniz pulun faizi olaraq 700 manatı tələb etdiyindən anası Əliyeva Zəminə Qürbət qızı kredit götürərək Vüsalın əvəzinə 700 manat qaytarmışdır. Lakin cavabdeh aldığı pulu qaytarmadığından məcbur qalıb məhkəməyə müraciət etmişdir. O, məhkəmə baxışı üçün dövlət rüsumuna görə 71 manat pul ödəmişdir. Məhkəmə iclasında: İddiaçı əvvəlki məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən 1.000 manat ödənilmişdir. Odur ki, cavabdehdən qalan 2.900 manat pulun tututlub ona verilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı heç bir məbləğdə pul borc almamışdır. Atasının dananı satıb qaytardığı 1.000 manat onun borcunun əvəzinə deyil, sadəcə köməklik göstərilməsi üçün verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Şahid Əliyev Vəkil Mehdi oğlu bildirdi ki, İddiaçı onun qardaşı oğlu, Cavabdeh isə onun öz oğludur. Oğlu Vüsalın qardaşı oğlu Səyidə pul borclu olmasından xəbəri yoxdur. Onda olan məlumata görə qardaşı oğlu Səyid yeznələrindən pul alıb kiməsə vermiş və geri qaytara bilmədiyinə görə ailədə söz-söhbət yaranmışdır. O, da bir əmi kimi danasını satıb 1.000 manat pulu qardaşı oğluna köməklik etmək üçün onlara vermişdir. X2 bildirdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə onun qardaşı oğludur. Oğlu Səyid yeznələrindən pul alıb qardaşı oğlu Vüsala vermiş, lakin həmin pul geri qaytarılmadığına görə qızının ailəsində narazılıq yaranmışdır. Qardaşı Vəkil də danasını sataraq pulun 1.000 manatını onlara vermişdir. Vüsal pulun qalan hissəsini bu günə kimi qaytarmamışdır. X8 Qürbət qızı bildirdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə onun əri Əzizin qardaşı oğludur. Oğlu Səyid yeznələrindən pul alıb qardaşı oğlu Vüsala vermiş, lakin həmin pul geri qaytarılmadığına görə qızının ailəsində narazılıq yaranmışdır. Vüsalın atası Vəkil də danasını sataraq 1.000 manatı onlara vermişdir. Vüsal pulun qalan hissəsini bu günə kimi qaytarmamışdır. Sonradan onlara məlum olmuşdur ki, Vüsal Səyiddən və başqa şəxslərdən aldığı pulları “Topaz”da uduzmuşdur. X9 arasındakı “Watsapp” sosial şəbəkəsindəki danışıqlardan da başa düşmək olur ki, Vüsal Səyiddən aldığı pulu uduzmuşdur. Məhkəmə tərəfləri və şahidləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh faizi ilə birlikdə qaytarılması barədə razılaşmaqla 3.200 manat borc vermiş, lakin cavabdeh iki ay müddətində 3.900 manatı qaytarmasına dair üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməyərək borcundan 1.000 manat qaytarsa da qalan 2.900 manatı hələ də qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək İddiaçı heç bir məbləğdə pul borc almadığını, atasının dananı satıb qaytardığı 1.000 manatın onun borcunun əvəzinə deyil, sadəcə köməklik göstərilməsi üçün verildiyini bildirsə də məhkəmə cavabdehin izahatını inandırıcı və səmimi hesab etmir və belə qənaətə gəlir ki, cavabdehin atasının iddiaçı tərəfə verdiyi 1.000 manat elə 3.900 manat borcun bir hissəsinin ödənilməsi kimi qaytarılmışdır. İş üzrə şahid qismində dindirilmiş şahid Cavabdeh atası Vəkil Əliyev də bildirdi ki, iddiaçının ailəsinə qaytarılmış 1.000 manat onlara köməklik göstərilməsi üçün edilmişdir. X1 yeznələrindən pul alıb qardaşı oğlu Vüsala verdiyini, lakin həmin pul geri qaytarılmadığına görə qızının ailəsində narazılıq yarandığını, qardaşı Vəkil də danasını sataraq pulun 1.000 manatını onlara verdiyini, Vüsalın pulun qalan hissəsini bu günə kimi qaytarmadığını bildirmişdir. Digər şahid Z.Əliyeva oğlu Səyid yeznələrindən pul alıb qardaşı oğlu Vüsala vermiş, lakin həmin pul geri qaytarılmadığına görə qızının ailəsində narazılıq yaranmışdır. Vüsalın atası Vəkil də danasını sataraq 1.000 manatı onlara vermişdir. Vüsal pulun qalan hissəsini bu günə kimi qaytarmamışdır. Sonradan onlara məlum olmuşdur ki, Vüsal Səyiddən və başqa şəxslərdən aldığı pulları “Topaz”da uduzmuşdur. X9 arasındakı “Watsapp” sosial şəbəkəsindəki danışıqlardan da başa düşmək olur ki, Vüsal Səyiddən aldığı pulu uduzmuşdur. Tərəflər (İddiaçı və Cavabdeh) arasındakı “Watsapp” sosial şəbəkəsindəki yazışmalardan İddiaçı Cavabdeh konkret hansı məbləğdə pulu borc verməsi müəyyən edilməsə də cavabdehin “Topaz”da uduzduğu pulları iddiaçı və digər şəxslərdən alması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2.900 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsində qeyd olunur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bununla yanaşı, iddia tələbinin dövlət rüsumuna görə ödənilmiş 71 manat pulun cavabdehdən alınaraq verilməsi hissəsinə isə məhkəmə münasibət bildirərək aşağıdakıları qeyd edir. İlk əvvəl məhkəmə onu qeyd edir ki, iddiaçı tələb etdiyi 3.900 manata görə qanunla müəyyən edilmiş məbləğdə 59 manat ödəməli olduğu halda 71 manat ödəmişdir ki, bunun da 12 manatı artıq ödənildiyindən cavabdehdən tutula bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə. 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1.2-ci bəndində deyilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 6.3-cü bəndində qeyd edilir ki, maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir. Odur ki, məhkəmə belə qərara alır ki, iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumuna görə 12 manat Füzuli rayon Maliyyə şöbəsindən alınaraq iddaçı A.Hacıyevaya verilməlidir. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 59 manat dəyərində dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 3.900 manat : təmin olunmuş hissəsi 2.900 manat = 1.34, 59 manat : 1.34 = 44,02) 44,02 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (59 – 44,02 = 14,98) 14,98 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2.900 manat və ödənilmiş 59 manat dövlət rüsumunun 44,02 manat hissəsi olmaqla, cəmi 2.944,02 manat İddiaçı xeyrinə tutulsun. 59 manat dövlət rüsumunun 14,98 manat hissəsi İddiaçı aid olunsun. İddiaçı tərəfindən dövlət rüsumuna görə artıq ödənilmiş 12 manat Füzuli rayon Maliyyə şöbəsindən alınaraq iddaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar