Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-79/2024 25.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılıov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi ilə, Cavabdeh1 Safiyar oğlunun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı verdiyi iddia ərizəsində cavabdehlərdən aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1850,18 ABŞ dolları əsas, 335,97 ABŞ dolları faiz, 114,22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300,37 ABŞ dolları ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Safiyar oğluna aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 23 faizlə 2000 ABŞ dolları məbləğində pul kreditlə verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 Safiyar oğlu üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, nəticədə cavabdehlərin ona kredit müqaviləsi üzrə 1850,18 ABŞ dolları əsas, 335,97 ABŞ dolları faiz, 114,22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300,37 ABŞ dolları borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 20 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Safiyar oğlu məhkəmə iclasında izahat verərək kredit müqaviləsi üzrə yaranmış faiz borcunun silinməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1.-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, maliyyə arayışı, iddiaçının cavabdehlərə göndərdiyi yazılı xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 1850,18 ABŞ dolları əsas, 335,97 ABŞ dolları faiz, 114,22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300,37 ABŞ dolları ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-79/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-79/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver