Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-792/2023 07.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmaqla ona göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.5, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı izah edilsin ki, Cavabdehla aralarındakı mübahisənin məhkəmədənkənar həlli üçün əvvəlcə mediatora müraciət etsin, mediasiya prosesində bu məsələ öz həllini tapmadığı təqdirdə mediasiya prosesində iştirakını təsdiq edən müvafiq sənədi, eləcə də iddia ərizəsinin surətini ərizəyə əlavə etdikdən sonra yenidən məhkəməyə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: YAŞAR HƏŞİMOV AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, tel.: (026-315) 51-82 2(064)-792/2023 xx.xx.2023-cü il İddiaçı Ünvan: Füzuli rayonu, Böyük Bəhmənli kəndi İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması haqqında qərardad, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə sizə geri qatyarılmaqla qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyiniz izah edilir. Qoşma: ___ vərəqdə. Hakim Yaşar Həşimov İş № 2(064)-792/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 07 aprel 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:30-da başlandı. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək aşağıdakı məzmunda qərardad qəbul etdim: - İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. - İddiaçı izah edilsin ki, Cavabdehla aralarındakı mübahisənin məhkəmədənkənar həlli üçün əvvəlcə mediatora müraciət etsin, mediasiya prosesində bu məsələ öz həllini tapmadığı təqdirdə mediasiya prosesində iştirakını təsdiq edən müvafiq sənədi, eləcədə iddia ərizəsinin surətini ərizəyə əlavə etdikdən sonra yenidən məhkəməyə müraciət etsin. - Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmə iclası bağlı elan edildi. Məhkəmə iclası saat 12:35-də başa çatdı. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(064)-792/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-792/2023
07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver