Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-8/2025 21.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı verdiyi maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7ci km, ünvan 1 ünvanında yerləşən, şəxsi mülkiyyətində olan mənzilə su axıdılması nəticəsində vurduğu zərərə görə 5000 manat məbləğində maddi zərərin və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində bina 1, blok 54-də yerləşən 36 nömrəli mənzil İddiaçının mülkiyyətindədir. İddiaçı ilə qonşu olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində bina 1, blok 53, 41 saylı mənzil isə Cavabdehin mülkiyyətindədir. Cavabdeh uzun illərdir ki, həmin mənzildə yaşayır və bu illər ərzində ona məxsus evdən axan sular nəticəsində İddiaçıya məxsus evin divarı soyulmuş, didilmiş, koridoru və bir otağı xeyli ziyan görmüş, 13 kv.m döşəmə hissəsi isə nəmişlikdən ziyan görmüş və çürümüşdür. Bu hal 2019-cu ildən bu günədək davam edir. Cavabdeh dəymiş zərəri ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək bildirdi ki, qeyd olunan mənzildə təxminən noyabrın axırı, dekabrın əvvəlinə kimi ailəsi ilə birlikdə yaşayıblar. Avqustun əvvəli evdə su sızması dayanıb, lakin köhnədən qalmış nəmişlik və onun yaratdığı fəsadlar getgedə evdə artmağa başlayıb. Belə şəraitdə körpə uşaqla evdə yaşamağın mümükünsüzlüyünü nəzərə alaraq məcbur olub ailəsi ilə birlikdə evdən çıxmalı olublar. Əslində o, Cavabdehə dəfələrlə məsələni aralarında həll etməyi təklif etsə də, qəbul etməyib. Heç bir addım atmayıb. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hesab edir ki, İddiaçının evinə dəymiş zərər öz evində olan problemlərlə əlaqəlidir. Belə ki, evlərində mövcud su xəttindən istifadə zamanı sızma yaranır. Hazırda İddiaçının evində hər otağın oboyu 2 metrə qədər cırılıb və bu zədələnməyə onun evindən damcı şəklində sızan suyun səbəb olması ağlabatan deyil. Cavabdeh bildirir ki, hazırda belə problem həm onun evində, həm də digər qonşularda da var. O, öz hesabına evə santexnik gətirib, evi yoxlatdırıb, lakin onun evindən qaynaqlı yaranmış heç bir problem aşkar edilməyib. İddiaçının komendant deyə tanıtdırdığı adam isə evə daxil olaraq heç bir texniki vasitədən istifadə etmədən vizual olaraq baxış keçirib və rəy verib. İş materiallarında olan: - AR ƏMDKDƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (Daşınmaz əmlakın reyestr nömrəsi **********18-05323- 093099) əsasında müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 23, mənzil 209 Cavabdeh tam payla xüsusi mülkiyyətindədir; - “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin komendantı E.Məmmədovun, mühəndis X.Hüseynovun, sahə nəzarətçisi R.Xəlilovun və santexnik M.Həsənovun imzaları ilə təsdiqlənmiş akt əsasında müəyyən olunur ki, “ünvan 2 ünvanına mənzilin sahibi İddiaçı müraciəti əsasında baxı keçirilmiş və mütəxəssis tərəfindən müəyyən olunmuşdur ki, blok 54, mənzil 50 ünvanına Cavabdeh məxsus blok 53, mənzil 41 ünvanından su axıdılaraq ziyan dəymişdir. Məhkəmə iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılması nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən olunması ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını qərara almış və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/42xx-xx/7344 nömrəli ekspert rəyi əsasında müəyyən olunur ki, tədqiq olunan mənzilə baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, baxış zamanı mübahisə predmeti olan mənzilə mərtəbəarası su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin dəhliz və yaşayış otağının taxta materialdan olan döşəməsinin şişməsi, aralanması, divar kağızının aralanması, saralması, texniki otağının isə divar boyasının qabarması, qopması və saralması müşahidə olunmuşdur. Tədqiqatın nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində bina 1, blok 54 ünvanında yerləşən 36 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1980,80 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində bina 1, blok 53, 41 saylı mənzildən axan suların İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, ünvan 1 ünvanında yerləşən, şəxsi mülkiyyətində olan mənzilə nəmişlik verə bilməsini və bu evin bünövrəsində çürümələrin əmələ gəlməsinə səbəb ola bilməsi aydınlaşdırmaq məqsədilə məhkəmə-tikinti-texniki ekspertizasının təyin olunmasını qərara almış və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumat əsasında müəyyən olunur ki, su axıntısının mənzilə nəmişlik verib-verməməsinin və evin bünövrəsində çürümələrinin əmələ gəlməsinin müəyyən edilməsi tikinti-texniki ekspertizasının predtmetinə aid olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş UNİ/İ-45-375/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən olunur ki, mübahisəli mənzilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, mənzilin qarderob və yataq otağının divarının arxa tərəfindəki qonşu mənzildən böyük ehtimalla xeyli müddət ərzində tədricən su axıdılması nəticəsində evin dəhlizinə, yataq otağına və qarderobuna zərər dəymişdir. Mənzilin qarderobunun divarları, dəhlizin və yataq otağının taxta döşəməsi, yataq otağının divar kağızı yararsız vəziyyətə düşmüşdür. Dəhlizin 6,2 kv.m və yataq otağının 10,4 kv.m döşəməsinin taxtaları aralanmış, şişmiş, bəzi yerlərdə çürümüş, qarderobun divarlarının suvaq qatı qopmuş, su divarların beton əsaslı materiallarının mikroçatlarına daxil olaraq armaturun paslanmasına (korroziyasına) səbəb olmuşdur. Mənzilin yataq otağının döşəməaltı və döşəməüstü taxtalarında kif (göbələk) müşahidə olunur. Mənzilin havası ağır, rütubətli və kif qoxuludur. Döşəmələrin kiflənməsi və mənzilin ağır havası nəfəsalma yolları xəstəlikləri, allergiyalar, asma və digər sağlamlıq problemlərinin yaranması risqini yaradır. Qeyd olunan zərərlər 2018-2023-cü illər ərzində qarderobun divarının arxa hissəsində yerləşən qonşu mənzildə su borusunda yaranmış nasazlıq nəticəsində müəyyən müddət ərzində az-az su sızması nəticəsində qeydə alınmışdır. Nəticədə mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan söküntü, tikinti, təmir işlərinin həcmi və dəyəri, çəkilən xərcin (mal-materialların dəyəri, usta pulu və digər zəruri təmir xərcləri) məbləği 2800 manat təşkil edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından. 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində bina 1, blok 53, 41 saylı mənzildən su borusunda yaranmış nasazlıq nəticəsində müəyyən müddət ərzində az-az su sızması nəticəsində axan sular İddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, ünvan 1 ünvanında yerləşən, şəxsi mülkiyyətində olan mənzilə zərər vurmuş, dəhlizin 6,2 kv.m və yataq otağının 10,4 kv.m döşəməsinin taxtaları aralanmış, şişmiş, bəzi yerlərdə çürümüş, qarderobun divarlarının suvaq qatı qopmuş, su divarların beton əsaslı materiallarının mikroçatlarına daxil olaraq armaturun paslanmasına (korroziyasına) səbəb olmuşdur. Mənzilin yataq otağının döşəməaltı və döşəməüstü taxtalarında kif (göbələk) müşahidə olunmuşdur. Mənzilin havası ağır, rütubətli və kif qoxuludur. Döşəmələrin kiflənməsi və mənzilin ağır havası nəfəsalma yolları xəstəlikləri, allergiyalar, asma və digər sağlamlıq problemlərinin yaranması risqini yaradır. Həmçinin Məhkəmə işin araşdırılmış halları əsasında müəyyən edir ki, mənzildə nəmlik tam çəkilmədiyindən, taxta döşəmələrinin yarasız vəziyyətdə olmasından, döşəmənin taxta materiallarında kifin olmasından, otaqların havasının ağırlığından və ailədə körpə uşaq olduğundan İddiaçı və ailəsi hazırda həmin mənzildə yaşamırlar və başqa bir mənzildə qalmalı olublar. Beləliklə, Cavabdehin mənzilində mövcud su borusunda yaranmış nasazlıq nəticəsində İddiaçının əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Dəymiş maddi zərərin məbləğinə gəldikdə isə Məhkəmə qeyd edir ki, iş materiallarında olan qiymətləndirmə rəyi əsasında müəyyən olunur ki, bu məbləğ 2800 manat olması reallığa yaxındır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş UNİ/İ-45-375/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilir ki, qiymətləndirmə işi həmin tədqiqat üzrə daha geniş, ətraflı və detallı aparılmış və dəymiş maddi zərərin məbləğinin 2800 manat olduğu müəyyən edilmişdir. Məhkəmə Cavabdehin etirazına münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçının mənzilinə dəymiş zərərin onun mənzili ilə əlaqəsi olmadığını bildirsə də, "xxxx" MMC tərəfindən verilmiş UNİ/İ-45-375/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/42xx-xx/7344 nömrəli ekspert rəyi, həmçinin “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin komendantı E.Məmmədovun, mühəndis X.Hüseynovun, sahə nəzarətçisi R.Xəlilovun və santexnik M.Həsənovun imzaları ilə təsdiqlənmiş akt əsasında müəyyən olunur ki, mübahisəli mənzilə mütəxəssislər tərəfindən müxtəlif vaxtlarda aparılmış təkrar baxışlar nəticəsində İddiaçıya məxsus mənzildə yaranmış problemlərin, məhz Cavabdehə məxsus mənzildə su borusunda yaranmış nasazlıqdan qaynaqlanması aşkar edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 48 manat məbləğinin və həmçinin 50 manat ekspertiza xərcinin əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2800 manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 48 manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin əvəzi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-8/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-8/2025
21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver