Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-80/2024 07.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Mönsüm oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Mönsüm oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş borca görə 2700 manat və mənəvi zərərə görə əlavə 1000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin həcmini azaldaraq cavbdehdən cəmi 2700 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən razılaşma yolu ilə 1500 manat ilkin ödəniş edərək 10 ay ərzində aylıq 300 manat ödəmək şərti ilə avtomobil almışdır. Lakin sonradan iddiaçı avtomobilin mühərrikində və digər hissələrində nasazlıq olduğunu müəyyən etmiş, cavabdehə avtomobil üçün ödədiyi cəmi 2700 manat pulu qaytarmaq şərti ilə avtomobili geri qaytarmışdır. Cavabdeh avtomobili təhvil alaraq başqa şəxsə satsa da pulu geri ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Cavabdeh Mönsüm oğlu 2700 manat borcundan 380 manatını onun anası X3 ödəmiş, buna görə də cavabdehdən 2320 manat qalıq borcun tutularaq ona verilməsini xahiş etdi. Cavabdeh Mönsüm oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, X2 müraciəti əsasında toplanmış HK-1/1059 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və X3 mülki mübahisənin həll edilməsi üçün məhkməyə müraciət etmək hüququ izah olumuşdur. Həmçinin həmin qərarın təsviri hissəsində öz əksini tapmış Cavabdeh Mönsüm oğlunun izahatından sonuncunun “Topaş” markalı avtomobili ilkin ödəniş kimi 1500 manat alaraq İddiaçı verdiyi, 4 ay isə İddiaçı həmin avtomobilə görə hər ay 300 manat olmaqla 1200 manat məbləğində pul aldığı müəyyən olunur. Həmçinin Cavabdeh Mönsüm oğlunun həmin qərarda əks olunan izahatından İddiaçı verdiyi “Topaş” markalı avtomobilin xarab olması səbəbindən sonuncudan aldığı 2700 manat pulu qaytarmamaqla geri alması müəyyən olunur. Eyni zamanda Cavabdeh Mönsüm oğlu izahatında İddiaçı anası X1 borc məbləğinin 380 manatını qaytardığını və əlavə olaraq 620 manat da verəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iddiaçının verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisə ni nəzərə alsaq cavabdehə münasibətdə əsassız varlanma baş verdiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz əsassız varlanmadır. Beləki, cavabdehin iddiaçıdan 2700 manat məbləğində pulu alması “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarda öz əksini tapmış cavabdehin izahatından müəyyən edilir. Tərəflər arasındakı münasibətlərə gəldikdə müəyyən olunur ki, tərəflər arasındakı münasibətlərin nə müqavilə əsası, nə də ki, qanuni əsas yoxdur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında sözügedən avtomobilin özgəninkiləşdirilməsini təsdiq edən rəsmiyyət barədə hər hansı sübut etmə vasitəsi yoxdur. Halbuki rəsmi reyesterdə qeydə alınan daşınar əşyalara münasibətdə özgəninkiləşdirmə aparılması üçün rəsmiləşdirmə vacib şərtdir. Həmçinin tərəflər arasında həmin münüsibətləri tənzimləyən hər hansı qanun norması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan iddiaçıdan 2700 manat məbləğində pulu almaqla əsassız varlanmışdır. Həmçinin iddiaçı və cavabdehin verdiyi izahatdan müəyyən olunur ki, iddiaçı tərəfindən alınmış 2700 manat məbləğində pulun 380 manatı iddiaçının anası vasitəsilə iddiaçıya qaytarılmışdır. Mülki Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdehə münasibətdə əsassız varlanma baş verdiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz əsasız varlanmadır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mönsüm oğlundan yaranmış borca görə 2320 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-80/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-80/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver