Məhkəmə qərarları › İş №2(064)-809/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-809/2023

14.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-809/2023 14.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X5, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh və 3-cü şəxslər Bakı şəhəri 1 saylı ASAN Xidmət Mərkəzinə və Azərbaycan Respublikası DİN X13 İdarəsinə qarşı müqavilənin etibarsız hesab olunması və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı “Nissan Qaşqay” markalı maşının qanunsuz alqı-satqısı barədə bağlanmış əqdin etibarsız hesab edilməsi və maşından qanuni vərəsə kimi ona ayrılmalı olan payın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, cavabdeh qismində işə cəlb olunan şəxs onun bacısı olmaqla, mərhum X3nun qanuni vərəsələrindən biridir. X2 01 dekabr 2018-ci il tarixdə vəfat etmiş və bu barədə Füzuli rayon Qeydiyyat Şöbəsində 21 dekabr 2018-ci il tarixdə 314 №li akt qeydi tərtib olunmuşdur. X3 03 iyun 2022-ci il tarixdə vəfat etmiş və bu barədə 07 iyun 2022-ci il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində 229 saylı akt qeydi aparılmışdır. O, və 4 nəfərdən ibarət ailə üzvləri qeyri-rəsmi olaraq ata yurdu olan Füzuli rayonu, Araz Zərgar kəndindəki evdən, söz-söhbət yaratmaqla çıxarmağa nail ola bilmişdir ki, atasından miras qalmış əmlakı istədiyi kimi ələ keçirə bilsin. Belə ki, o, atası vəfat etdikdən sonra bilmişdir ki, onun ölümünə bir aydanda az qalmış bacısı Cavabdeh atasının adına rəsmiləşdirdiyi “NBC Bank”-dan xx.xx.2013-cü il tarixdə 3 il müddətinə yəni 36 aya ödəməklə 40554 manata kredit müqaviləsi ilə aldığı “Nissan Qaşqay” markalı maşını ələ keçirmiş, elə həmin gün də saxtalığın davamı kimi öz adına rəsmiləşdirmişdir. O, bu əməliyyatın çoxunu Bakı şəhəri 19 saylı ASAN Xidmətinin Notariat xidmətindən istifadə edərək saxtakarlığa yol verməklə həyata keçirmiş, yəni, görüntülü kompyüter xidmətindən istifadə etməməklə atanın iştirakı olmadan yerinə yetirərək qeyri-hüquqi hərəkətə yol verdiyindən Azərbaycan Respublikası MM-nin 337.1 maddəsinin tələbinə əsasən bu əqd etibarsız hesab olunmalıdır. Nəhayət cavabdeh atasının adından verilən saxta etibarnaməni ləğv etdirdiyi elə həmin gün xx.xx.2022-ci il tarixdə həmin ASAN Xidmətdə həmin maşına xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. Lakin, etibarnaməni verən şəxsin kimliyi portalda bilinməsə də bu etibarnamənin Füzuli şəhəri Vidadi küçəsi ev 17-də qeydiyyatda olan X10 verildiyi görünür. Məhz yenə də həmin gün maşını kimin ona verdiyini portala əsasən bilməyən X4 Qaşqay markalı maşını etibarnamə ilə Füzuli rayonu Qacar kənd sakini X7 adına xx.xx.2023-cü il tarixədək vermiş və həmin əsassız etibarnamə bu günədək də protalda ləğv olunmamış kimi görünür. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı və onun nümayəndəsi vəkil F.Hümbətov iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, alqı-satqı əqdinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, mərhum A.Səfərov əmlakına dair qızı Cavabdeh baş etibarnamə vermiş və sonuncu etibarnamə üzrə verilmiş səlahiyyətlərindən istifadə edərək alqı-satı aparmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ƏN-Vİİİ № 328688 etibarnamənin surətindən görünür ki, “Nissan Qaşqay” markalı, ** EU *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1 Gülşən Abbas qızına həmin avtomobilə dair sərəncam vermək və digər hərəkətlər etməyi etibar etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Nissan Qaşqay” markalı, ** EU *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü ildən İddiaçı mülkiyyətində olmuş, xx.xx.2017-ci ildən alqı-satqı müqaviləsi əsasında X6, xx.xx.2022-ci ildən hal-hazıra kimi Cavabdeh adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-dən çıxarışdan görünür ki, qeyd olunan avtomobilə dair Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə X11 və X10 etibarnamələr verilmişdir. İddia tələbindən görünür ki, İddiaçı mərhum A.Səfərov tərəfindən Cavabdeh verilmiş etibarnamənin və digər şəxslərə verilmiş etibarnamələrin etibarsızlığını mübahisələndirmədən birbaşa alqı-satqı əqdinin etibarsızlığını irəli sürmüşdür. Bununla yanaşı, iddia tələbi qeyri-müəyyən və qeyri-dəqiq olmaqla avtomobilin əvvəlki vəziyyətə, yəni mərhum A.Səfərovun adına qaytarılması tələb edilmədən vərəsəlik payının müəyyən edilməsi tələb edilmişdir. Odur ki, məhkəmə hazırkı iddia tələbini əsassız sayaraq rədd etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

qətetdi:

İddiaçı Cavabdeh və 3-cü şəxslər Bakı şəhər 1 saylı ASAN Xidmət Mərkəzinə və Azərbaycan Respublikası DİN BDYPİ X13 İdarəsinə qarşı müqavilənin etibarsız hesab olunması və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar