Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-824/2023 17.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 390 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 420 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 11 fevral 2022-ci il tarixli, PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə iddiaçının sığortaladığı, cavabdehin idarə etdiyi “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində “BMC Pocity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 27 iyun 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında cavabdeh göstərilən yol-nəqliyyat hadisəsini törətməyə və hadisə yerindən yayınmağa görə Azərbaycan Respublikası İXM-in 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Həmin hadisəyə görə iddiaçı “BMC Pocity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin zədələnməsi nəticəsində sahibi "xxxx" MMC-yə vurulmuş maddi ziyana görə 20 dekabr 2022-ci il tarixdə 390 manat məbləğində pul ödəmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında işin faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan, sonuncu tərəfindən etibarnamə əsasında cavabdehin idarə etməsinə verilmiş “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 11 fevral 2022-ci il tarixdən 11 fevral 2023-cü il tarixədək icbari sığorta növündə sığortalanmışdır (11 fevral 2022-ci il tarixli, PAZ********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat” və "xxxx" MMC tərəfindən verilmiş 24 may 2022-ci il tarixli etibarnamənin surətlərinə əsasən). - cavabdeh 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində idarə etdiyi “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “BMC Pocity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və hadisə yerindən yayınmasından ibarət inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir (Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 27 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətinə əsasən). - göstərilən inzibati xəta nəticəsində “BMC Pocity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərcə görə sahibi "xxxx" MMC-yə iddiaçı tərəfindən 21 dekabr 2022-ci il tarixdə 390 manat məbləğində pul ödənilmişdir (21 dekabr 2022-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən). Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 27 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati məsuliyyətə cəlb olunduğu, iş üzrə iddianın faktiki əsasını təşkil edən inzibati xəta hadisəsini “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün təqsirli hərəkəti nəticəsində törətdikdən sonra hadisə yerindən yayındığına, beləliklə də baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkəti arasında səbəbli əlaqə yarandığına və cavabdeh iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş subroqasiya hüququnu yaradan hərəkətə yol verdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş "xxxx" MMC-yə sığorta ödənişi kimi ödədiyi 390 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 390 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 420 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-824/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-824/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver