Məhkəmə qərarları › İş №2(064)-827/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-827/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-827/2023 06.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyirinə 2.877,56 manat əsas borc və 1.145,56 manat faiz borcu olmaqla, cəmi 4.023,12 manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə imzalanmış Baş sazişə əsasən borcluya xx.xx.2015-ci il tarixdə illik 28 faiz olmaqla 67 ay müddətinə 6402 manat kredit verilmişdir. Borclu Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə imzalanmış baş sazişə (əqdlərin bağlanma şərtlərinə dair) və razılaşmanın 3.1 -ci bəndinə əsasən, bank müştərinin konkret sifarişini qısa mesaj (SMS) vasitəsilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri, bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərləkredit almaq istəyini və özünün eyniləşdirmə kodunu banka SMS vasitəsilə geri göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. müştəri razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Hazırda borclu kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə baş saziş və ona uyğun olaraq bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Saziş və razılaşmaya əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun hesablamalarına görə banka ödənilməmiş kredit borcu qalmamışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz olmaqla 67 ay müddətinə 6.402 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam şəkildə icra etməkdən boyun qaçırmışdır. Bununla da, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İddia tələbinə görə cavabdehin ödənilməmiş borcu 2.877,56 manat əsas borc və 1.145,56 manat faiz borcu olmaqla, cəmi 4.023,12 manat təşkil edir. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla onun borcu 2.877,56 manat təşkil edir. Belə ki, həmin Fərmanın 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. İnternet portaldan çıxarışdan görünür ki, cavabdehin borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 2.877,56 manat olmuşdur. Bununla yanaşı, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 25 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 2.687,67 manat və illik 5% dərəcəsi ilə faiz borcu olan 768,11 manat təşkil edir. Məhkəmə hesab edir ki, restrukturizasiyaya yönəlmiş məbləğ 2.877,56 manat təşkil etdiyindən və ekspert rəyinə əsasən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş aparılmaqla hazırda borcun 2.687,67 manat olması müəyyən edildiyindən Cavabdeh məhz bu məbləğin tutulması əsaslıdır. Ekspert rəyində illik 5% dərəcəsi ilə faiz borcu olan 768,11 manat qeyd edilsə də iddia tələbində bu borcun tutulması tələb edilmədiyindən məhkəmə həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, eləcə də ekspertiza xərcinə görə 50 manatın cavabdehdən tutularaq MEM-in hesabına keçirilməsini əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2.687,67 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh ekspertiza xərcinə görə 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. İddia tələbi dgər hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar