Məhkəmə qərarları › İş №2(064)-83/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-83/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-83/2024 04.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil və Cavabdeh2 Abdulhüseyn oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulhüseyn oğluna qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ :- İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulhüseyn oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ilə tutulmalı olan 31561,09 ABŞ dolları borc və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun və hazırki iddia ilə bağlı ödədiyi 241 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 30000 ABŞ dolları kredit götürmüş, həmin kreditin təminatı kimi iddiaçı ona məxsus Beyləqan şəhəri, Z.Tağıyev küçəsi-1 ünvanında yerləşən yaşayış evini ipoteka ilə yüklü edib. Cavabdeh1 həmin krediti öz adına götürsə də, qardaşı Cavabdeh2 ilə birgə təsərrüfatlarına xərcləyiblər. Kredit ödənişlərini əvvəllər etsə də, 2016-cı ildən ödəmələri dayandırmışlar. "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, İddiaçı, X2, X1 və Cavabdeh2 Abdulhüseyn oğluna qarşı qaldırdığı iddia Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı, X2, X1 və Cavabdeh2 Abdulhüseyn oğlundan müştərək qaydada 19393,55 ABŞ dolları məbləğində kredit borcu, 7167,54 ABŞ dolları hesablanmış faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 31561,09 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tələb cavabdeh, həyətyanı tikili və qurğular Liter1-hamam, ayaqyolu, mərtəbəliliyi 1, tikinti altı 14,7 kvadratmetr sahəsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə icraya yönəldilmiş, iddiaçının mülkiyyətində olan ev hərraca çıxarılaraq satılmış, ev ipoteka saxlayan "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. İddiaçı bildirir ki, hərracdan xəbəri olmayıb və hal-hazırda mülkiyyətçi olan "xxxx" QSC iddiaçının evdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulhüseyn oğlu "xxxx" QSC-dən aldıqları 30000 ABŞ dolları məbləğində pulu ödəmədikləri üçün ona məxsus daşınmaz əmlak sonda bankın mülkiyyətinə keçmişdir. Bu səbəbdən də Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ilə tutulmalı olan 31561,09 ABŞ dolları borc və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun və hazırki iddia ilə bağlı ödədiyi 241 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulhüseyn oğlu "xxxx" QSC-dən aldıqları 30000 ABŞ dolları məbləğində pulu ödəmədikləri üçün ona məxsus daşınmaz əmlak sonda bankın mülkiyyətinə keçmişdir. Bu səbəbdən də Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)- 2427/2017 saylı qətnaməsi ilə tutulmalı olan 31561,09 ABŞ dolları borc və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun və hazırki iddia ilə bağlı ödədiyi 241 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məhəkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil, iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçı özü könüllü olaraq öz əmlakını ipoteka ilə yüklü etmiş, borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ipoteka ilə yüklü ediliş əmlaka yönəldilməsini qəbul etmişdir. Həmçinin onu da qeyd etdi ki, "xxxx" QSC-dən 30000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 əsas borclu olsa da, İddiaçı əldə edərək öz məqsədləri üçün istifadə etmişdir. Məhkəmədən iddianın rədd olumasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Abdulhüseyn oğlu izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil, "xxxx" QSC-dən 30000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 əsas borclu olsa da, İddiaçı əldə edərək öz məqsədləri üçün istifadə etmişdir. Məhkəmədən iddianın rədd olumasını xahiş etmişdir. İş materiallarında olan: - “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə xx.xx.2021-ci il tarixli, 061 nömrəli protokoldan müəyən olunur ki, İddiaçı məxsus Beyləqan şəhəri, Z.Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 35062,50 manat dəyəri ilə "xxxx" QSC-nin balansına keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. - "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. - “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" QSC ünvan 2 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 35062,50 manata əldə etmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-2427 nömrəli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və ona 30000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1, İddiaçı, X2, X1 və Cavabdeh2 Abdulhüseyn oğlu kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə zaminlik müqaviləsi bağlayaraq borclunun kreditor qarşısında olan öhdəliklərini öz üzərilərinə götürmüşlər, götürülən kredit borclular tərəfindən ödənilmədiyindən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsilə cavabdehlər Cavabdeh1, İddiaçı, X2, X1 və Cavabdeh2 Abdulhüseyn oğlundan müştərək qaydada 19393,55 ABŞ dolları məbləğində kredit borcu, 7167,54 ABŞ dolları hesablanmış faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 31561,09 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin ünvan 2 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. - Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 241 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 35062,50 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ilə tələb 31561,09 ABŞ dolları və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumundan ibarətdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" QSC ünvan 2 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 35062,50 manata əldə etmişdir. Göründüyü kimi iddiaçı kreditoru tam şəkildə təmin etməmişdir. Belə olan halda iddiaçının ipoteka müqaviləsinə münasibətdə tələb hüququ yaranmamışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-2427 nömrəli qətnaməsinə görə Cavabdeh1, İddiaçı, X2, X1 və Cavabdeh2 Abdulhüseyn oğlu kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə zaminlik müqaviləsi bağlayaraq borclunun kreditor qarşısında olan öhdəliklərini öz üzərilərinə götürmüşlər. Kreditor "xxxx" QSC-nin tələbini 35062,50 manat həcmində ödəyən İddiaçı həm də zaminlik müqaviləsi üzrə borclunun, yəni Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini öz üzərinə götürmüşdür. Belə olan halda İddiaçı Cavabdeh1 qarşı tələb hüququ kreditor "xxxx" QSC-ni təmin etdiyi həcmdə, yəni 35062,50 manat həcmində keçir. Məhkəmə iddiaçının Cavabdeh2 Abdulhüseyn oğluna qarşı irəli sürdüyü tələbi əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qanunun tələbindən aydın olunur ki, zamin yalnız kreditor qarşısında maddi məsuliyyət daşıyır. Belə olan halda iddiaçının Cavabdeh2 Abdulhüseyn oğluna qarşı irəli sürdüyü tələb əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 241 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 83,6 manat iddiaçıdan, 157,4 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 35062,50 manat və ödənilmiş dövlət rüsumuna görə 157,4 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar