Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-839/2025 04.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat dəyərində pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə (X1, müxbir hesab: AZ41NABZ********************, VÖEN:**********, kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər Maliyyə İdarəsi, hesab nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-333/2022 saylı 06 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 69.3cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Bundan sonra məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən 02 noyabr 2022-ci il tarixdə İddiaçınə göndərilmiş, həmin tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmçinin müvafiq protokol ilə bir ədəd mobil nəzarət qurğusu (attenti), bir ədəd elektron qolbaq (attenti), bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq edilərkən xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə dəfələrlə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza müddəti ərzində tətbiq edilmiş elektron nəzarət vasitəsi “35650038” nömrəli komplekt nasaz olduğu üçün yenisi ilə əvəz, edilmiş, təhvil alınarkən mobil qurğuya tərəfimizdən baxış keçirilmiş, mobil qurğunun zədəli olması müəyyən edilmiş, eyni zamada Ədliyyə Nazirliyindən təqdim olunmuş rəyə əsasən, nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 333/2022 saylı 06 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş İddiaçınə daxil olmuşdur. -azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd elektron qolbaq, 1 ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı və 1 ədəd telefon qoruyucu təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəsis rəydən görünür ki, Cavabdeh verilmiş “attenti V6” markalı mobil qurğusunun ana toxunma panelinin qoşulma yuvası yerindən qopub, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. -maliyə arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 2277,4 manat dəyərindədir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 333/2022 saylı 06 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplekti məhkum Cavabdeh istifadəsində olan zaman yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh verilmiş ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət vasitəsi onun istifadəsinə olduğu müddətdə ana platada elementlər qopaılmaqla yararsız vəziyyətə salınması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə (X1, müxbir hesab: AZ41NABZ********************, VÖEN:**********, kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər Maliyyə İdarəsi, hesab nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-839/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-839/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver