Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-842/2024 01.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, ərizəçi İddiaçı borclu Cavabdeh qarşı verdiyi əmr icraatı qaydasında borcun qaytarılmasına dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin baxış iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı (bundan sonra - ərizəçi) borclu Cavabdeh (bundan sonra – borclu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcludan 3100 manat əsas və 310 manat cərimə borcunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-2356/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə ərizə təmin edilmiş, borcludan 3100 manat əsas və 310 manat cərimə borcu ərizəçinin xeyrinə tutulmuşdur. Borclu Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 2(064)-2356/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq etiraz ərizəsinın baxılmamış axlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və borclu işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçinın verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı verdiyi verdiyi əmr icraatı qaydasında borcun qaytarılmasına dair ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-842/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-842/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver