Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-851/2023 04.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçıMMC dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 26.017,82 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168.05 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1.300 manat olmaqla, cəmi 27.485,87 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 27 dekabr 2022-ci il tarixli, AA/27-12-33 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı, yəni "xxxx" MMC alıcının sifarişləri əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində qeyd olunan adlara uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə malların dəyəri tam şəkildə satıcıya ödənilmişdir (elektron qaimələr və ödəniş qəbzlərinin surətləri əlavə olunur). Beləliklə, müqavilə öhdəliklərini hər iki tərəf tam şəkildə yerinə yetirmişlər. Belə ki, dəyəri ödənilmiş mallar Göygöl rayonuna daşınması və çatdırılması üçün **-FG-*** dövlət qeydiyyat nişanlı, **-VC-*** dövlət qeydiyyat nişanlı **-DY-*** dövlət qeydiyyat nişanlı olmaqla 3 (üç) ədəd yük avtomobilinə yüklənməklə sürücülərə təhvil verilmişdir. xx.xx.2023-cii il tarixli, SS2300001 №-li nəzarət buraxılış sənədi ilə 26.017,82 manat dəyərində, cəmi 240 ədəd "send dam və divar" panelləri X1 təhvil verilmişdir (nəzarət buraxılış sənədlərinin surəti əlavə olunur). Cavabdehin idarə etdiyi **-FG-*** dövlət qeydiyyat nişanlı yük maşını Şamaxı rayonunda qəzaya uğramış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yük maşınında olan iddiaçıya məxsus mallar məhv olmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya məhv olan 240 ədəd mal dəyərini təşkil edən 26.017,82 manat məbləğində maddi zərər vurulmuşdur. Ona görə də, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, Cavabdeh idarə etdiyi **-FG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində 240 ədəd, yəni 639,1 kv.m sendviç panel divar H 50 olmaqla hər kv.m-nin dəyəri 34,5 manat olmaqla vurulmuş ziyan 639,1 kv.m x 34,5 manat=22.048,95 manat təşkil etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə vəsatətə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən, cavabdeh-daşıyıcı Cavabdeh iddiaçı-yük göndərən "xxxx" MMC-yə məxsus 240 ədəd paneli (639,1 kv.m sendviç panel divar H 50 olmaqla hər kv.mnin dəyəri 34,5 manat olmaqla) Bakı şəhərindən Göygöl rayonuna daşımağı barədə üzərinə öhdəlik götürmüş, lakin bu öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə ki, qeyd olunan yükü Cavabdeh **-FG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşıyarkən 17 yanvar 2023-cü il tarixdə Şamaxı rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə yük avtomobili dərəyə aşmaqla orada olan mallar yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh AR İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şamaxı rayon PŞ TQ-nin təhqiqatçısı V.Mehralıyevin 18 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə 22.048,95 manat (639,1 kv.m x 34,5 manat = 22.048,95) maddi ziyan dəymişdir. Belə olan halda, iddiaçı haqlı olaraq cavabdehdən vurulmuş ziyanın əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmişdir. İddiaçı cavabdehdən vurulmuş ziyana görə 26.017,82 manatın ödənilməsini tələb etsə də məhkəmə tələbi qismən təmin etməklə real vurulmuş 22.048,95 manat maddi ziyan həcmində tutmağı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bununla yanaşı, iddiaçı tələbində dövlət rüsumunun əvəzi 168,05 manatın və hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1.300 manatın cavabdehdən tutulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş ********* saylı ödəniş vərəqi ilə dövlət rüsumuna görə 168,05 manatın və xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 190 saylı müqavilə və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1.300 manatın vəkilə ödənilməsi öz təsdiqini tapmışdır. AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər vəkilə verilmiş 1.300 manat və dövlət rüsumuna görə ödənilmiş 168,05 manatdan ibarətdir. İş materiallarından görünür ki, məhkəmə xərci cəmi 1.300+168,05=1.468,05 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 1.468,05 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 26.017,82 manat : təmin olunmuş hissəsi 22.048,95 = 1.18, 1.468,05 manat : 1.18 = 1244,11 ) 1.244,11 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (1.468,05 - 1.244,11 = 223,94) 223,94 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 22.048,95 manat tutularaq İddiaçıMMCnin xeyrinə ödənilsin. Məhkəmə xərci olan cəmi 1.468,05 manatın 1.244,11 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, qalan 224,94 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-851/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-851/2023
04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver