Məhkəmə qərarları › İş №2(064)-866/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-866/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-866/2023 19.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.045,7 manat sığorta ödənişin, 30.45 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 1.076.55 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Binə qəsəbəsində “Mercedes-220” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "xxxx" markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1.045,70 manat sığorta ödənişi həyata keçirmişdir. AR DİN Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2013-cü il tarixli, 9/19-5786 saylı arayışına və xx.xx.2013-cü il tarixli 794585 nömrəli protokola əsasən, cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində tanınmış və nəticədə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş MİB-HO-0093/10 saylı, xx.xx.2010-cu il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, AR DİN Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2013-cü il tarixli, 9/19-5786 saylı arayışına və xx.xx.2013-cü il tarixli 794585 nömrəli protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktından müəyyən olur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobi dəymiş zərər 1695.7 manat qiymətləndirilmişdir. xx.xx.2013-cü il tarixli, CM-191/2013 saylı sığorta aktından müəyyən olunur ki, “Bakı Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 65 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1045.7 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S- 23/0851 saylı “Geriyə tələb (subroqasiya)” məktubundan görünür ki, Mülki Məcəllənin 936cı maddəsinə əsasən ASC tərəfmdər zərərin aradan qaldırılması üçün ödənilmiş 1045.7 manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və işdəki sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2013-cü il tarixdə “Mercedes-220” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "xxxx" markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1.045,70 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2013-cü il tarixli, 794585 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.3-cü maddəsinə əsasən (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq ödənilmiş 1.045,7 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən geri qaytarılmasını tələb edilmişdir. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vastələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsində deylir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh ödənilmiş sığorta ödənişinə görə 1.045,7 manat, 30.45 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.076.55 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar