Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-919/2023 01.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasna dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Füzuli Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(064)- 988/2020 saylı qətnaməsinin qəbul edildiyi 18 avqust 2020-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 02 may 2023-ci il tarixədək olan 2 il müddətində hər il üçün 85,75 manat olmaqla 249 (1715 AZN/100%=17,15 x 5%=85,75 AZN, 85,75 AZN x 2,9 il = 249 AZN) manat əsas borcun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(064)-988/2020 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 1.715 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra vərəqəsi icra edilməsi üçün borclunun faktiki yaşadığı yer üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq iddiaçıya hüququ xidmət göstərən "xxxx" MMC 01 sentyabr 2022-ci il tarixli 329/22 saylı pretenziya məktubu ilə Cavabdeh qızma müraciət edərək 5 gün müddətinə 171,5 (yüz yetmiş bir manat əlli qəpik) pulun mənə ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırıb. Bundan başqa, iddiaçıya hüququ xidmət göstərən "xxxx" MMC 27 mart 2023-cü il tarixli 203/23 saylı təkrar pretenziya məktubu ilə Cavabdeh qızma müraciət edərək 5 gün müddətinə 231,5 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırıb. Lakin bir nəticə əldə etmək mümkün olmamışdır. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Füzuli Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(064)- 988/2020 saylı qətnaməsinin qəbul edildiyi 18 avqust 2020-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 02 may 2023-cü il tarixədək olan 2 il 9 ay müddətində 249 (iki yüz qırx doqquz) manat pulun (1715 Azn/100%o=17,15 x 5%=85,75Azn, 85,75 Azn x 2,9 il=249 Azn) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(064)-988/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 1.715 manat pul tutulmuşdur. Qətnamə qanuni qüvvəyə minməklə icra edilməsi üçün borclunun faktiki yaşadığı yer üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədi icra edilməmişdir. Belə olan halda, İddiaçı haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq 1.715 manat pulun gecikdirilmiş 2 il 9 ay vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmişdir. Belə ki, Füzuli Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsinin qəbul edildiyi 18 avqust 2020-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 02 may 2023-cü il tarixədək olan 2 il 9 ay müddətində 1.715 manat pulun illik 5 faizi 249 manat təşkil edir. (1715 /100%=17,15 x 5%=85,75AZN , 85,75 AZN x 2,9 il=249 AZN) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 249 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov İş № 2(064)-919/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 01 iyun 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra aşağıdakı qətnaməni qəbul etdim: İddia təmin edilsin. Cavabdeh 249 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. S ə d r l i k e d ə n:
Məhkəmə qərarları › İş №2(064)-919/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-919/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver