Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-925/2023 07.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla Cavabdeh ilə arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilə predmetinə əsasən “Podrarçı, tikinti tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq Abşeron rayon şəhər, Saray qəsəbəsi ərazisində yerləşən 3 sot torpaq sahəsində,ümumi sahəsi 110 kv.m, 1 mərtəbəli,1 metr hündürlükdə kürsülü, 2 yataq, 1 ədəd qonaq otağı, 1 ədəd mətbəx və 1 ədəd sanitar qovşağından ibarət fərdi yaşayış evinin tikinti işlərinin, tikinti işləri çərçivəsində su və kanalizasiya xətlərinin çəkilişi işlərinin (bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən) yerinə yetirməyi, başa çatdırmağı, qəbul aktının alınmasını və bütün bu işləri sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra “işlər” adlandırılacaq),sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür”. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 70.000 manat müəyyən olunmuşdur. Müqavilə şərtinə əsasən tərəfindən cavabdehə (podratçı) 10.000 manat ödəniş olunmuşdur. Müqavilənin 5.6-cı bəndinə əsasən müqavilə müddəti 7 ay müəyyən olunmuşdur. Lakin müqavilənin bağlanması və ödənişin olunmasından 7 aydan çox zaman keçsə də cavabdeh müqavilə öhdəlikləri üzrə heç bir şərtə əməl etməmiş və tikinti işlərinə başlamamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək müqavilə şərtlərinə əməl etməsini tələb etsə də cavabdeh müraciətlərinə müsbət cavab verməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı-sifarişçi İddiaçıla cavabdeh-podratçı Cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilə predmetinə əsasən podratçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 3 sot torpaq sahəsində, ümumi sahəsi 110 kv.m 1 mərtəbəli,1 metr hündürlükdə kürsülü, 2 yataq, 1 ədəd qonaq otağı, 1 ədəd mətbəx və 1 ədəd sanitar qovşağından ibarət fərdi yaşayış evinin tikinti işlərinin, tikinti işləri çərçivəsində su və kanalizasiya xətlərinin çəkilişi işlərini yerinə yetirməyi, başa çatdırmağı, qəbul aktının alınmasını və bütün bu işləri sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 70.000 manat müəyyən olunmuşdur. Müqavilə şərtinə əsasən iddiaçı tərəfindən cavabdehə 10.000 manat ödəniş olunmuşdur. Müqavilənin 5.6-cı bəndinə əsasən müqavilə müddəti 7 ay müəyyən olunmuşdur. Lakin müqavilənin bağlanması və ödənişin olunmasından 7 aydan artıq müddət keçsə də cavabdeh müqavilə öhdəlikləri üzrə heç bir şərtə əməl etməmiş və tikinti işlərinə başlamamışdır. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və belə olan halda iddiaçı haqlı olaraq ödədiyi pulun qaytarılmasını tələb etmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 10.000 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 120 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10.000 manat və ödənilmiş dövlət rüsumuna göə 120 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-925/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-925/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver