Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1/2025 26.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh5 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pul tələbi, borcun ipotekaya yönəlməsi və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı ipoteka müqaviləsi bağlanılmış, ipoteka predmetinin qiyməti 30000 manat müəyyən edilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin xeyrinə yüklü edilməsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Borclu öhəliklərini tam icra etməmiş, kreditor iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 14 iyun 2017-ci il tarixdə Göygöl rayonunda ölmüş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 vərəsələri qismində Cavabdeh2 və Cavabdeh5 müəyyən edilmişdir.
Məhkəmədə icraat:
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X8, Cavabdeh2, Cavabdeh5 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pul tələbi, borcun ipotekaya yönəlməsi və sair” tələbinə dair iddia ərizəsi ilə (daxil olma tarixi xx.xx.2019) məhkəməyə müraciət edərək, 109.LN.2004.230415.00001 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13193.34 manat əsas, 576,30 manat faiz, 210.36 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi borcu 13980 manat məbləğində borcun tutulması; tutmanın Cavabdeh1 məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi; həmin evin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; Cavabdeh1 məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, tərəflərindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyanlar) arasında xx.xx.2015-ci il tarixli 109.CL.230415.00001/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə olan borcu 13193.34 manat əsas, 576.30 manat faiz, 210.36 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi borcu 13980.00 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. 4.Göygöl Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(066)-335/2019 nömrəli qərardada əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. 5.Göygöl Rayon Məhkəməsinin 2(066)-211/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardada əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. 6.Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-340/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 7.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-225/2022 nömrəli qərarına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 8.Göygöl Rayon Məhkəməsinin 2(066)-211/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli qərardada əsasən əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. 9.Göygöl Rayon Məhkəməsinin 2(066)-16/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərardada əsasən iş üzrə icraat təzələnmişdir. 10.İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 11.Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbi ilə qismən razılaşdıqlarını bildirmişdir. 12.Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Habelə, Göygöl RİHB Balçılı kənd İƏD üzrə nümayəndəliyinin 12 fevral 2026-cı il tarixli məktubundan cavabdehə məhkəmə bildirişinin çatdırılmasının təmin edilməsi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Tətbiq edilən hüquq: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 16.“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə 59.4-cü maddədə “çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında” sözləri “və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində” sözləri ilə əvəz edilsin.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 17.Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 18.Belə ki işin mübahisəsiz halıdır ki, xx.xx.2015-ci il tarixli, 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İpotekanın əlavə qeydiyyatı haqqında 23 aprel 2015cı il tarixli razılaşmadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanılmış, ipotekanın qiyməti 30000 manat müəyyən edilmişdir. 19.Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş notarial təsdiqli ərizələrin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsinin təminatını təşkil edən Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Göygöl rayonunun Balçılı kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi ipoteka kimi qoyulmasına öz razılığını verir. Yuxarda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka saxlayan və ya müvəkkil orqan tərəfindən iddia qaldırdığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. 20.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsi ilə birgə AGBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 21.İş materiallarına əlavə edilmiş 4293 saylı xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. 22.Göygöl rayon icra hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh2 Göygöl rayonu, Balçılı kəndində yaşayır və ailə üzvləri aşağıdakı tərkibdədir: Cavabdeh3; Cavabdeh4; Cavabdeh5 və X6r. Qeyd: Cavabdeh2 əri Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat edib, övladları Cavabdeh3 Göygöl rayon Balçılı kəndində qeydiyyatda olmasına baxmayaraq Şəmkir rayonuna ərə gedib, Cavabdeh4 isə Balçılı kəndi daxilində başqa təsərrüfatda qeydiyyatdadır. 23.Bundan sonra kredit müqaviləsi üzrə borclu tərəf üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, kreditor iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borclu Cavabdeh1 14 iyun 2017-ci il tarixdə Göygöl rayonunda ölmüş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 vərəsələri qismində Cavabdeh2 və Cavabdeh5 müəyyən edilmişdir. Cavabdeh2 və Cavabdeh5 hüquqi varis qismində tanınmışdır. 24.Məhkəmə icraatı zamanı təyin edilmiş ekspertizanın nəticəsi kimi təqdim edilən 17 avqust 2023-cü il tarixli UNİ/A 11-254/23 saylı ekspert rəyində göstərilmişdir ki, 1. Cavabdeh1 məxsus olan Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evinin 0.22 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti nəzərə alınmaqla 17 avqust 2023-cü il tarixinə likvid qiyməti 32.300 manat təşkil edir; 2. Cavabdeh1 məxsus olan Göygöl rayonu Balçılı kəndində yerləşən fərdi yaşayış evinin 0.22 ha torpaq sahəsi ilə birlikdə 17 avqust 2023-cü il tarixinə real bazar qiyməti 38000 manat təşkil edir. 25.Məhkəmə icraatı zamanı təyin edilmiş ekspertizanın nəticəsi kimi təqdim edilən 17 iyul 2024-cü il tarixli 9/4722 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 109.LN.2004.230412.00001 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 kredit müqaviləsi bitdiyi tarixədək yəni xx.xx.2018-cil tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə 13224,94 manat; faiz borcu üzrə 725,17 manat. 26.Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 yanvar 2026-cı il tarixli 12-5/2- M-41-1363/2026 saylı məktubda göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 109.LN.2004.230415.0001 saylı kredit müqaviləsi üzrə 28 yanvar 2026-cı il tarixdə yaranmış tələb: əsas borc 10608.45 manat, müqavilənin müddəti 23 aprel 2015-ci il-23 aprel 2018-ci il, faiz borcu 202.77 manat, cərimə 515.54 manat, gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5 %, faizin hesablanması düsturu (əsas borcZ100*5)/360, həmin düsturla hesablanan günlük fazi məbləği və gecikdirilmiş gün sayısı 1.47 (bir manat qırx yeddi qəpik) manat 2795, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 4108,65 manat, ümumi borc 15435,41 manat. 27.Göründüyü kimi borclu Cavabdeh1 və onun vərəsələri tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş və müqavilənin şərtləri pozulmuşdur. 28.Həmçinin, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin 0.22 ha torpaq sahəsi ilə birlikdə 17 avqust 2023-cü il tarixinə likvid qiyməti 32.300 manat təşkil edir. 29.Bundan başqa məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 31.Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 515.54 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir. 32.Məhkəmə hesab edir ki, tutma öhdəliyin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsi açıq hərracda satılmalı, həmçinin ipoteka predmetinin ilkin satış (likvit) qiyməti 32.300 manat məbləğində müəyyən edilməli, Göygöl rayonu Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsi kreditin qaytarılması üçün ipoteka qoyulduğundan həmin mənzilə tutma yönəldildikdə və satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X7 həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilərək onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ümumi qaydada tutulmalıdır. 33.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 34.Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 109.LN.2004.230415.00001 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10608,45 (on min altı yüz səkkiz manat qırx beş qəpik) manat əsas, 202,77 (iki yüz iki manat yetmiş yeddi qəpik) manat faiz və 100 (yüz) manat cərimə olmaqla cəmi 10911,22 (on min doqquz yüz on bir manat iyirmi iki qəpik) manat pul vəsaiti tutulsun. Tutma ipoteka predmeti olan mərhum Cavabdeh1 məxsus xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinə tutma yönəldildikdən və həmin fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X1 rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılsın, həmin ev boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Mərhum Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,22 ha torpaq sahəsi və fərdi yaşayış evinin likvid dəyəri 32.300 (otuz iki min üç yüz) manat müəyyən edilsin. Ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə