Məhkəmə qərarları › İş №2(066)-100/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-100/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-100/2024 22.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, 10 saylı Regional X3 etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Göygöl Regional X3 Cavabdeh qarşı X14 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı 10 saylı X6 Mərkəzi Cavabdeh qarşı X14 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X14 vurulmuş 58.68 (əlli səkkiz manat 68 qəpik) manat məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12 iyun 2023-cü il tarixdə Mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X4 məlumatı əsasında 16 iyun 2023-cü il tarixdə Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayınıın ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 3.35 m3 həcmində 4 ədəd müxətlif cinsli və fərqli diametri olan köküstə quru ağacları kəsib apardığı müəyyən edilərək barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X14 58 (əlli səkkiz) manat 68 qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl Regional X3 nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməməsini, belə ki, iddiada göstərilən ağacları kəsməməsini, bunun yalan olmasını, özünün ancaq ağacın qırıntılarını götürüb gətirməsini bildirdi və ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında Cavabdeh meşədə ağac kəsməsini, bunu meşə gözətçisinin tutmasını və bu barədə özünün həmin yerə gedib ziyanı qiymətləndirməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahatında 2 saylı dolayını gəzərkən Cavabdeh ağacı kəsməsini tutmasını təsdiq etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidlərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X7, Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X8 və Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolaysının meşə gözətçisi X10 tərəfindən tərtib olunmuş 16 iyun 2023-cü il tarixli aktın surətindən görünür ki, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolaysının meşə gözətçisi X4 məlumatı əsasında Zurnabad kəndinə Cavabdeh yaşadığı evə gedilmiş, onun barəsində yazılmış məlumat ona bildirilmiş və hadisə yerində onlarla araşdırmada iştirak edilməsi ona təklif edilmişdir. Cavabdeh qanunsuz olaraq kəsib apardığı ağacların yanında onlara getmiş, ancaq bu barədə izahat verməyəcəyini və akta imza atmayacağını bildirmişdir. Cavabdeh kəsdiyi ağacların yerini göstərmişdir. 2 ədəd fıstıq ağacı, 2 ədəd ağcaqayın və göyrüc ağaclarını kəsib apardığını etiraf etmişdir. Həmin ağaclar köküstə quru olmaqla fıstıq cinsindən D32 sm olan 1 ədəd, D36 sm olan 1 ədəd ağcaqayın cinsindən D28 sm olan 1 ədəd göyrüc cinsindən D28 sm olan 1 ədəd olmaqla, cəmi 4 ədəd ağaclardan ibarətdir. Kəsilib aparılan ağacların ölçüləri qeydə alınmışdır. İş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X7, Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X8, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolaysının meşə gözətçisi X10 tərəfindən tərtib olunmuş 16 iyun 2023-cü il tarixli imtina aktının surətindən görünür ki, Göygöl rayon Zurnabad kənd sakini Cavabdeh onun barəsində tərtib olunmuş akta imza atmaqdan etmişdir. İş materiallarında olan Zurnabad meşəbəyliyinin 2 saylı dolaysının 20-ci kvartalının vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, vətəndaş Cavabdeh 4 ədəd 3.35 m3 dən ibarət köküstə quru ağacları kəsib apardığından, o, X14 58 manat 68 qəpik məbləğində ziyan ödəməlidir. İş materiallarında olan Zurnabad Meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X10 tərəfindən Zurnabad Meşəbəyliyinin meşəbəyisi X5 ünvanlanmış məlumatdan görünür ki, E.Musayev bildirir ki, meşəni gəzərkən Zurnabad kənd sakini Cavabdeh qanunsuz olaraq 2 ədəd fıstıq, 1 ədəd töləkə, 1 ədəd göyrüc olmaqla cəmi 4 ədəd köküstə quru ağacları kəsib apararkən tutmuşdur. Cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən 10 saylı X6 Mərkəzinə 58.68 (əlli səkkiz manat 68 qəpik) manat dəyərində maddi ziyan yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 58.68 (əlli səkkiz manat 68 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı 10 saylı Göygöl Regional X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edillənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 58.68 (əlli səkkiz manat 68 qəpik) manat məbləğində maddi ziyan iddiaçı 10 saylı Regional X3 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar