Məhkəmə qərarları › İş №2(066)-1032/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1032/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1032/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(066)-617/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarının artırılmasını, 27 mart 2010-cu il təvəllüdlü X3 və 26 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb xeyrinə verilməsi, 27 mart 2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müəyyən edilmiş hər ay, 150 (yüz əlli) manat müalicə xərcinin artırılmasını, 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsini həmçinin Cavabdeh 2000 (iki min) manat yol pulu xərcinin yarısının, , 27 mart 2010-cu il təvəllüdlü X5 görə ödədiyi 216 (iki yüz on altı) manat pulun yarısının, Cavabdeh aliment borcunu gecikdirməsinə görə 900 (doqquz yüz) manat pulun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, o, Cavabdeh ilə 09 may 2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə girməklə evlənmişlər. Bu nikahlarından onların 27 mart 2010-cu il təvəllüdlü X7 və 26 avqust 2012-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə 2022-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar. Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(066)-617/2023 saylı qətnaməsi ilə 27 mart 2010-cu il təvəllüdlü X3 və 26 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat alimentin, 27 mart 2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay, 150 (yüz əlli) manat müalicə xərci tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən artıq azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. 27 mart 2010-cu il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar əlavə xərci çıxır, həmçinin Cavabdeh aliment borcunun vaxtlıvaxtında ödəyə bilmir. Alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. O, isə təkbaşına uşağın tələbatını ödəyə bilmir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə teleqrama ilə müraciət edərək, hərbici olmasına görə məhkəmə baxış iclasında üzürlü səbəbdən gələ bilməməsini, iddia tələbini tamamilə qəbul etməsini göstərib, mülki işə onun iştirakı olmadam baxmağı xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(066)- 617/2023 saylı qətnaməsinin surətindən görünür ki, 27 mart 2010-cu il təvəllüdlü X3 və 26 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat alimentin, 27 mart 2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay, 150 (yüz əlli) manat müalicə xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 08 fevral 2024-cü il tarixli 52 nömrəli göndərişindən məlum olur ki, 27 mart 2010-cu il təvəllüdlü X7 müalicə olunması üçün Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilir və diaqnozu keçirilmiş miningit nəticəsində üzvü şəxsiyyət pozuntusu, lal-karlıq. XBT-10 kodu üzrəF07.0. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konistitusiya Məhkəməsi Plenumun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(066)-617/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azdır və iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən 02 ilə yaxın vaxt keçdiyinə, tərəflərin birgə nikahdan olan uşaqlarının böyüməsinə, buna görə onların xərclərinin artmasına və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 27 mart 2010-cu il təvəllüdlü X3 və 26 avqust 2012-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay, hər uşağa görə 230 (iki yüz otuz) manat olmaqla cəmi 460 (dörd yüz altmış) manat həddində, 27 mart 2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicə xərci hər ay 180 (yüz səksən) manat müəyyən edilməlidir. İddiaçı tələb etdiyi iddia ərizəsində qeyd edilən digər tələblər üzrə əsaslandığı halları təsdiq edən mötəbər subutları məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası qismən təmin edilsin. 27 mart 2010-cu il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan, Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(066)-617/2023 saylı qətnaməsi ilə qət edilmiş, hər ay, hər uşağa görə 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 230 (iki yüz otuz) manat olmaqla cəmi 460 (dörd yüz altmış) manat məbləğində, 27 mart 2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicə xərci hər ay 180 (yüz səksən) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaitləri qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar