Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1037/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İŞİN HALLARİ: 1.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN-1706F, KOD-********) İddiaçı1, İddiaçı2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin olması müəyyən edilir. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına maneə yaradılması iddia edilir. Məhkəmədə icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1706F, KOD-50801004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərində olan və hazırda ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdehlər tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında onun və mərhumə X1 mülkiyyətində 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi var. Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi mülkiyyətlərinə verilib və həmin torpağa aid JN-1706F, KOD-50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilib. Mülkiyyətçilərdən olan anaları Qəndab Məmmədova xx.xx.2013-cü il tarixdə vəfat edib. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət ediblər, torpaq sahəsinin yerində ölçülərək çıxarış verilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdehlər tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədirmişdir. 4.İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölçmə işləri zamanı orada olmuş, Cavabdeh1 oğlu onlara mane olmuş, qovmuşdur. Torpağ ona məxsus olmuş, anası Məmmədova Qəndab öləndən sonra vərəsəlik onun tərəfindən qəbul edilmişdir.
5. Məhkəmə iclasında İddiaçı2 izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh1 çıxış edərək bildirmişdir ki, iddianı qəbul etmir. Həmin ev və torpaq sahəsi onlara məxsusdur, analarına baxmışlar və bu səbəbdən onlara qalmışdır. Ölçmə işlərini aparılan zaman evdə olmayıb.
7. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, 1992-ci ildən həmin ünvanda yaşayır. Ölçmə işləri üçün gəldiklərini evdə icazə vermədiyini bildirib. İddiaçının onları evdən çıxarmaq istədiklərini qeyd edib.
Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 11.Məhkəmə iddiaçıları və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
12. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən JN 1706F **********97 qeydiyyat nömrəli 0,03 ha yaşayış məntəqələrinin torpaqlarının ona məxsus olması aşkar edilmişdir.
13. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-1535/2025 nömrəli məktubda aparılan araşdırma zamanı, fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığının müəyyən edildiyi, bu səbəbdən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. 14.Göygöl rayon Məhkəməsinin 2(066)-1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1706F seriyalı, KOD 50801004 nömrəli şəhadətnamə X3, İddiaçı1 və İddiaçı2 məxsusdur. 15.Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). 16 Hazırki halda torpaq sahəsinin mülkiyyətçisi iddiaçılar İddiaçı1 və İddiaçı2dır . İddiaçılar həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdehlər qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində müvafiq ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneə mülkiyyət hüququna müdaxilənin tərkib hissəsidir.
17. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 3 ünvanında yerləşən JN-1706F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,03 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına edilmiş maneə aradan qaldırılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən JN-1706F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,03 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına maneə yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə