Məhkəmə qərarları › İş №2(066)-1050/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1050/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1050/2023 27.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 27 sentyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı qaldırdığı alimentin miqdarının artırılmasına dair iddiasının təmin edilməsi, yəni Göygöl Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş Cavabdeh birgə nikahları dövründə olan övladları 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 130 manat alimentin miqdarının artırılaraq, bir uşaq üçün sabit məbləğdə 230 manat, cəmi 230 manat məbləğdə alimentin artırılaraq alınıb ona ödənilməsi barədə və mediasiya xidmətinə ödədiyi 55 manat xidmət haqqının da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki,Cavabdeh ilə birgə nikahlarından 10 may 2011-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Göygöl rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikahları dövründə doğulan 10 may 2011-ci ildə X9 adlı övladının saxlanılması üçün bir uşağa 130 manat məbləğində aliment tutulması, yəni cəmi 130 manat aliment tutulması müəyyən olunmuşdur. Cavabdeh alimentdən başqa uşağın saxlanılmasında heç bir köməklik etmir. Hazırda həmin məbləğdə olan alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını təmin etməklə çox çətinlik çəkir. Çünki yaşayış minumumu artıb, qiymətlər qalxıb və uşaqda böyüdüyündən onun maddi tələbatları da artmışdır. Buna görə də alimentin miqdarının artırılması zərurəti yaranıbdır və cavabdeh bir manatda olsun uşağın geyimlərinin alınmasına köməklik etmir. Cavabdeh kifayət qədər gəlirə və qazanca malikdir. Lakin cavabdeh mediator xidmətinə gəlməmiş və sessiyada iştirak etməkdən imtina etmişdir. Mediasiyanin mediatoru tərəfindən cavabdehin mediasiyaya gəlməsi və alimentin artırılmasına imtina etməsi barədə arayış verilmişdir və həmin arayışda iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin iddiaçı 55 manat mediator xidmət haqqını da iddia ərizəsinə əlavə edir. Göygöl rayon Məhkəməsinin 03 dekabr 2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat məbləğ uşaq üçün nəzərdə tutulan minumum məbləğdən kifayət qədər aşağı məbləğdir. İddiaçı hesab edir ki, işə baxan məhkəmə qanunun tələbini nəzərə alıb minumum təlabatı gözləməklə ona sabit məbləğdə aliment müəyyən edəcəkdir. Cavabdeh fərdi əməklə məşğul olur və kifayət qədər qazanca və gəlirə malikdir. Cavabdehin hazırda ödədiyi bir uşaq üçün yüz otuz manat aliment uşağın saxlanılmasına kifayət etmir və həddən artıq azdır və yaşayış minumumu haqqında qanunun tələblərinə uyğun deyil və uşağın maddi tələbatlarını ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə etməsini, bir uşağa görə 2018-ci ildə 130 manat aliment kəsilməsini, hal-hazırda özünün işləməməsini, cavabdehin onunla evli olduğu müddətdə Aliminium zavodda işləməsini, özünün bildiyinə görə əlavə olaraq cavabdehin taksi fəaliyyəti ilə də məşğul olmasını bildirdi və göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında iddianı qəbul etməməsini, belə ki, İddiaçı ilə evlənməmişdən əvvəl Əfsanə adlı qadınla evli olmasını, onun 2008-ci ildə vəfat etməsini, həmin evlilikdən Mələk adlı bir nəfər qızının anadan olmasını, ondan sonra İddiaçı ilə evlənməsini, ondan da Ruzi adlı bir nəfər uşağının olmasını, iddiaçı Aytəndən ayrılandan sonra isə Kəmalə adlı qadınla evlənməsini, bu evlilikdən də Amin və Şahin adlı iki nəfər uşağının olmasını, özünün hazırda Aliminium zavodda işləməsini və 340 manat əmək haqqı almasını, qeyd olunan əmək haqqı ilə də heç digər evlilikdən olan uşaqlarına baxa bilməməsini, əgər aliment məbləği artarsa ödəməyə maddi imkanı çatmayacağını, ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 08 iyun 2023cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 708392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 may 2011-ci ildə anadan olmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2 (066)- 14730/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər ay 130 manatadək artırılması qət edilmişdir. İşdə olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl şəhəri Hummel küçəsi 78 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan X1 Filialının 22 avqust 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı adına həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” alt sistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. İşdə olan 28 iyun 2018-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 28 iyun 2018-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, arvada Fərzəliyeva soyadları verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 oktyabr 2008ci ildə anadan olmuş X2 atası Cavabdeh, anası isə X7r və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 avqust 2018ci ildə anadan olmuş X3 atası Cavabdeh, anası isə X5r və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 noyabr 2020ci ildə anandan olmuş X6 atası Cavabdeh, anası isə X5r və o, yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 136 (bir yüz otuz altı) manat təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğdə aliment müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar