Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1053/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 4903 (dörd min doqquz yüz üç) manat, 73 (yetmiş üç) qəpik əsas, 49 (qırx doqquz) manat, 57 (əlli yeddi) qəpik faiz borcu olmaqla cəmi 4953 (dörd min doqquz yüz əlli üç) manat, 30 (otuz) qəpik borcun və ödənilmiş 69 (altmış doqquz) manat 54 (əlli dörd) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə etməklə göstərdi ki, "xxxx" ASC ilə X6 arasında 27 yanvar 2023-cü il tarixli BPM**********14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə 48 ay müddətinə 5050 (beş min əlli) manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 18 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik haqqlnda şəhadətnaməyə əsasən X1 miras qalmış əmlakı Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş 25 may 2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş nəğd kredit üzrə 4903 (dörd min doqquz yüz üç) manat, 73 (yetmiş üç) qəpik əsas, 49 (qırx doqquz) manat, 57 (əlli yeddi) qəpik faiz borcu olmaqla cəmi 4953 (dörd min doqquz yüz əlli üç) manat, 30 (otuz) qəpik borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan 27 yanvar 2023-cü il tarixli BPM**********14 nömrəli kredit müqaviləsindən görünür ki, X4 "xxxx" ASC-nin Gəncə filialı tərəfindən illik 18 %-lə 48 ay müddətinə 5050 (beş min əlli) manat manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, X4 5050 (beş min əlli) manat məbləğində pulu qəbul etmiş və imzalayaraq təsdiq etmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 18 aprel 2023-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, X4 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli, 2V-96 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqlnda şəhadətnamə”dən məlum olur ki, 18 aprel 2023-cü il tarixdə ölmüş X1 miras qalmış əmlak olan, qeydiyyat tarixi 07 sentyabr 2017-ci il olan, reystr nömrəsi **********30-10301, qeydiyyat nömrəsi********** olan çıxarışa əsasən Göygöl şəhəri M.ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 98 kvadrat metr olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən tam olaraq irs almışdır. İşdə olan maliyyə arayışından görünür ki, X2 25 may 2024-cü il tarixinə 4903 (dörd min doqquz yüz üç) manat, 73 (yetmiş üç) qəpik əsas, 49 (qırx doqquz) manat, 57 (əlli yeddi) qəpik faiz borcu olmaqla cəmi 4953 (dörd min doqquz yüz əlli üç) manat, 30 (otuz) qəpik borcu var. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında 27 yanvar 2023-cü il tarixli BPM**********14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə 48 ay müddətinə 5050 (beş min əlli) manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 18 aprel 2023-cü il tarixdə ölmüşdür. Onun vərəsəi Cavabdeh isə vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, X1 miras qalmış əmlakdan, Göygöl şəhəri M.ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 98 kvadrat metr olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən tam olaraq irs almışdır. Ona görə də məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməmiş ondan irs almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Çavabdeh Cavabdeh 4903 (dörd min doqquz yüz üç) manat, 73 (yetmiş üç) qəpik əsas, 49 (qırx doqquz) manat, 57 (əlli yeddi) qəpik faiz borcu olmaqla cəmi 4953 (dörd min doqquz yüz əlli üç) manat, 30 (otuz) qəpik borcun və ödənilmiş 69 (altmış doqquz) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı alınıb, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-1053/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1053/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver