Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1082/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1096/2020 saylı qərardadınə əsasən müəyyən edilmiş hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 03 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 31 dekabr 2022-ci il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Bu münasibətdən onların 03 yanvar 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)- 1096/2020 saylı qərardadı ilə 03 yanvar 2013-cü il təvəllüdlü X4 anasının yanında saxlanılmış, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. O, isə təkbaşına uşaqların tələbatını ödəyə bilmir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)- 1096/2020 saylı qərardadının və icra vərəqəsinin surətindən görünür ki, 03 yanvar 2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1096/2020 saylı qərardadı ilə müəyyən edilmiş hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarı azdır və iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş barışıq sazişi bağlandığı tarixdən 04 il vaxt keçdiyinə, tərəflərin birgə nikahdan olan uşaqlarının böyüməsinə, buna görə onların xərclərinin artmasına və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə 03 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 200 (iki yüz) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbinə dair” iddiası qismən təmin edilsin. 03 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1096/2020 saylı qərardadı ilə müəyyən edilmiş hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, 200 (iki yüz) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia 100 (bir yüz) manat hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1082/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1082/2024
27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver