Məhkəmə qərarları › İş №2(066)-1102/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1102/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1102/2024 18.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 8540 manat əsas, 1196,96 manat faiz borcu və 91,37 manat cərimə olmaqla cəmi 10543,33 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 121,63 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Günay Hüseynovanın imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı bank xitmətlərinə dair ümumi ofertası əsasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 1401nkGNDJb/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 11 noyabr 2022-ci il tarixdən 28 dekabr 2028-ci il tarixə kimi, illik 28% ödəmək şərtilə 8540 (səkkiz min beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Cavabdeh 11 noyabr 2022-ci il tarixdə ərizə-anket imzalamaqla, "xxxx" X1 Səhmdar Cəmiyyətinin ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 18 iyul 2024-cü il tarixə 8540 manat əsas, 1196,96 manat faiz borcu və 91,37 manat cərimə olmaqla cəmi 10543,33 manat borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 121,63 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış oğlu 11 noyabr 2022-ci il tarixdə ərizə-anketdən (aspekt) görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmasını şərtlərlə razı olmasını həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" X1 Səhmdar Aidiyyəti Məhkəmə orqanına olan sənəddən məlum olur ki, 11 noyabr 2022-ci il tarixdə ərizə-anketə və 28 dekabr 2021ci tarixli ümumi ofertaya əsasən bağlanmış 1401nkGNDJb/22 nömrəl kredit xətti müqaviləsi üzrə Cavabdeh kart vasitəsi ilə 31 yanvar 2028-ci tarixə kimi müddətə, illik 28% ödəmək şərtilə 8540 (səkkiz min beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Cavabdeh kart təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 18 iyul 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 11 noyabr 2022-ci il tarixli 1401nkGNDJb/22 nömrəl kredit müqaviləsi üzrə 18 iyul 2024-cü il tarixə 8540 manat əsas, 1196,96 manat faiz borcu və 91,37 manat cərimə olmaqla cəmi 10543,33 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdehn arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 1401nkGNDJb/22 kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında 11 noyabr 2022-ci il tarixdə ərizə-anketə və 28 dekabr 2022-ci il tarixli, 01U/21 saylı ümumi ofertaya əsasən bağlanmış 1401nkGNDJb/22 kredit xətti müqaviləsi üzrə Cavabdeh kart vasitəsi ilə 28 dekabr 2028-ci il müddətə, illik 28% ödəmək şərtilə 8540 (səkkiz min beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 120 (bir yüziyirmi) manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11 noyabr 2022-ci il tarixdə ərizə-anketə və 28 dekabr 2021-ci tarixli ümumi ofertaya əsasən bağlanmış 01U/21 saylı ümumi ofertaya kredit xətti müqaviləsi üzrə 8540 manat əsas, 1196,96 manat faiz borcu və 91,37 manat cərimə olmaqla cəmi 10543 (on min beş yüz qırx üç) manat 33 (otuz üç) qəpik borcun və ödənilmiş dövlət rüsumuna görə 121 (bir yüz iyirmi bir) manat, 63 (altmış üç) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar