Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1123/2023 27.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Cababdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 27 sentyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli, qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay sabit məbləğdə 220 (iki yüz iyirimi) manat müəyyn edilməsi və Gəncə 1 saylı Mediasiya təşkilatı üçün ödədiyi 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 140 manat aliment ödəyir. Uşaq böyüdükcə tələbatı artır cavabdehin ödədiyi alimentlə uşağın maddi təminatlarını ödəyə bilmir. Uşağı azyaşlı olduğuna görə işləyə bilmir. Alimendən başqa əlavə gəliri yoxdur.Cavabdeh isə Rusiya Federasiyasında ticarətlə məşğul olmasına baxmayaraq uşağının saxlanılmasına alimentdən əlavə heç bir maddi dəstək göstərmir. Uşağını maddi çətinliklə saxlayır. Odur ki, Cavabdeh 26 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli, qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay sabit məbləğdə 220 (iki yüz iyirimi) manat müəyyn edilməsi və Gəncə 1 saylı Mediasiya təşkilatı üçün ödədiyi 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, qardaşı olan Cavabdeh Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli, qətnaməsinə əsasən 26 fevral 2020-ci il təvəllüdlü qızı X1 üçün hər ay 140 manat aliment ödəyir.Seymur müharəbə iştirakçısıdır, müharəbədə iştirak edən zaman qara ciyərindən xəstəlik tapmışdır. İşləyə bilmədiyindən alimenti də ödəyə bilmir və aliment borcu yaranmışdır.Alimentin artırılmasına razı deyil.İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV № 415060 saylı, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 fevral 2020-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş AZ-İ № 365329 saylı, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları pozulmuşdur. İşə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli, görünür ki, Cavabdeh 26 fevral 2020ci il təvəllüdlü qızı X1 üçün hər ay sabit məbləğdə 140 manat alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 manat ödənilmişdir. İşdə olan İ-6363 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə Cavabdeh “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan İ-73483 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Cavabdeh “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin əlavə gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşağın saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə 170 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqq Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl rayon məhkəməsinin 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli, qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat müəyyn edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqqı alınıb İddiaçı və dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 2(066)-854/2021 saylı 13 iyul 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1123/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1123/2023
27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver