Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1134/2023 11.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Cababdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 11 sentyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)-773/2020 saylı qətnaməsinin dəyişdirilərək 26 iyul 2013-cü il təvəllüdlü X4 və 20 sentyabt 2014-cü il təvəllüdü X1 üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 (iki nqüz iyirmi) manat alimentin , eləcədə 50 manat məbləğində mediasiya xərcinin və iddia ərizəsinin tətbiqi üçün ödədiyi 50 manat xidmət haqqının tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)-773/2020 saylı qətnaməsi ilə 26 iyul 2013-cü ildə anadan olmuş oğlu Kamililin və 20 sentyabt 2014-cü ildə anadan olmuş qızı Mədinənin saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə tələbatları artır cavabdehin ödədiyi alimentlə uşaqların maddi təminatlarını ödəyə bilmir. Uşaqları azyaşlı olduqlarına görə işləyə bilmir. Alimendən başqa əlavə gəliri yoxdur.Cavabdeh uşaqlarının saxlanılmasına alimentdən əlavə heç bir maddi dəstək göstərmir.Uşaqlarını maddi çətinliklə saxlayır. Odur ki, Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)-773/2020 saylı qətnaməsinin dəyişdirilərək 26 iyul 2013-cü il təvəllüdlü X4 və 20 sentyabt 2014-cü il təvəllüdü X1 üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 (iki nqüz iyirmi) manat alimentin, eləcədə 50 manat məbləğində mediasiya xərcinin və iddia ərizəsinin tətbiqi üçün ödədiyi 50 manat xidmət haqqının tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən uşaqları Kamilin və Mədinənin saxlanılmaları üçün hər ay cəmi 260 manat aliment ödəyir. Fəhlə işləyir aylıq əmək haqqı 340 manata yaxındır. (02 dekabr 2020-ci il tarixdə aliment kəsilərkən də elə həmin əmək haqqını alirdı) . Həmin pulla uşaqlarının saxlanılması üçün aliment ödəməklə bir təhər dolanır. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Cəmi 260 manat aliment verə bilər.İddianın rədd edilməsini xahş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş AA3693714 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 26 iyul 2013-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş AA3693715 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20 sentyabt 2014-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)-773/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 26 iyul 2013-cü il təvəllüdlü X4 və 20 sentyabt 2014-cü il təvəllüdü X2 hər birinin saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 manat ödənilmişdir. İşdə olan etiraz ərizəsində Cavabdeh fəhlə işləməklə aylıq əmək haqqının 430 manatdan ibarət olmasını, vergilər və digər xərclər tutulduqdan sonra 320 manat aldığını, həmin pulun 260 manatını alimentə ödədikdən sonra ona 60 manat pul qaldığını ,onunla yaşayan anasının ağır xəstəlikdən müalicə olunduğunu, 60 manat pul vəsaiti ilə hansı insanın bir ay müddətində yaşaya biləcyini göstərib iddia tələbinin rədd edilməsi haqqında qərardad qəbul edilməsini, onun da hüquqları nəzərə alınaraq alimentin məbləğinin iki uşaq üçün 224 manata endirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin əlavə gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşaqların saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə hər bir uşağa 170 manat olmaqla cəmi 340 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)- 773/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqqı, iddia ərizəsinin tətbiqi üçün ödədiyi 50 manat xidmət haqqı Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Göygöl rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(066)-773/2020 saylı qətnaməsi ilə 26 iyul 2013-cü il təvəllüdlü X4 və 20 sentyabt 2014-cü il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılaraq hər uşağa görə hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqqı, iddia ərizəsinin tətbiqi üçün ödənilmiş 50 manat xidmət haqqı alınıb İddiaçı və dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 02 dekabr 2020-ci il tarixli, 2(066)- 773/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1134/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1134/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver