Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1145/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri İsa Hacıyev Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1.Cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 13700 (on üç min yeddi yüz) manat əsas borc, 1191 (min bir yüz doxsan bir) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu və 101 (yüz bir) manat, 27 (iyirmi yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 14993 (on dörd min doqquz yüz doxsan üç) manat, 05 (beş) qəpik borcun tutulması;
2. Cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə 499 (dörd yüz doxsan doqquz) manat, 75 (yetmiş beş) qəpik əsas borc, 59 (əlli doqquz) manat, 72 (yetmiş iki) qəpik faiz borcu və 45 (qırx beş) manat, 77 (yetmiş yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 605 (altı yüz beş) manat, 24 (iyirmi dörd) qəpik borcun və 142 (yüz qırx iki) manat, 34 (otuz dörd) qəpik ödənilmiş dövlət rüsumunun tutulması; barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən cavabdehə 48 ay müddətinə, illik faiz 17,5% ödənilmək şərtilə 13700 (on üç min yeddi yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin İddiaçı ASC-i ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə, illik faiz 25% ödənilmək şərtilə 500 (beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Beləliklə də, Cavabdeh banka 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən banka 13700 (on üç min yeddi yüz) manat əsas borc, 1191 (min bir yüz doxsan bir) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu və 101 (yüz bir) manat, 27 (iyirmi yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 14993 (on dörd min doqquz yüz doxsan üç) manat, 05 (beş) qəpik, 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə isə 499 (dörd yüz doxsan doqquz) manat, 75 (yetmiş beş) qəpik əsas borc, 59 (əlli doqquz) manat, 72 (yetmiş iki) qəpik faiz borcu və 45 (qırx beş) manat, 77 (yetmiş yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 605 (altı yüz beş) manat, 24 (iyirmi dörd) qəpik borcu yaranmışdır. Cavabdeh borcunun ödənilməsinin dəfələrlə tələb edilməsinə baxmayaraq borcunun ödəməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya 01 nömrəli əlavədən məlum olur ki, tərəflər arasında kreditin götürülməsi barədə razılaşmaya əsasən cavabdehlər Cavabdeh 48 ay müddətinə, illik faiz 17,5% ödənilmək şərtilə 13700 (on üç min yeddi yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə, illik faiz 25% ödənilmək şərtilə 500 (beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışlarından məlum olur ki, Cavabdeh 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən banka 13700 (on üç min yeddi yüz) manat əsas borc, 1191 (min bir yüz doxsan bir) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu və 101 (yüz bir) manat, 27 (iyirmi yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 14993 (on dörd min doqquz yüz doxsan üç) manat, 05 (beş) qəpik, 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə isə 499 (dörd yüz doxsan doqquz) manat, 75 (yetmiş beş) qəpik əsas borc, 59 (əlli doqquz) manat, 72 (yetmiş iki) qəpik faiz borcu və 45 (qırx beş) manat, 77 (yetmiş yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 605 (altı yüz beş) manat, 24 (iyirmi dörd) qəpik məbləğində borcu yaranmışdır.. Mülki işin materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə İddiaçı ASC-nə borcları olması barədə bildirilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-i məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 142 (yüz qırx iki) manat, 34 (otuz dörd) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə iddiaçının iddia etdiyi 101 (yüz bir) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində dəbbə pulu azaldılaraq 20 (iyirmi) manat həddində, 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə isə 45 (qırx beş) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 142 (yüz qırx iki) manat, 34 (otuz dörd) qəpik dövlət rüsumunun 130 (bir yüz otuz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MəhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı «borcun tutulmasına dair» iddiası qismən təmin edilsin.
1. 14 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 13700 (on üç min yeddi yüz) manat əsas borc, 1191 (min bir yüz doxsan bir) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 14911 (on dörd min doqquz yüz on bir) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul borca görə, Cavabdeh tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.
2. 14 sentyabr 2023-cü il tarixli kredit kartı müqaviləsi üzrə 499 (dörd yüz doxsan doqquz) manat, 75 (yetmiş beş) qəpik əsas borc, 59 (əlli doqquz) manat, 72 (yetmiş iki) qəpik faiz borcu və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 569 (beş yüz altmış doqquz) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul borca görə, Cavabdeh tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.
3. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat məbləğində pul tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 4.İddia qalan hissəsində təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Mübariz Məmmədov.