Məhkəmə qərarları › İş №2(066)-1146/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1146/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1146/2023 20.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 20 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində zərərin və 76 (yetmiş altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus torpaq sahəsində fermer kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 8 ha və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla 11.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun mülkiyyətindədir. Həmin torpaq sahəsində buğda əkmişdir. Cavabdeh dəfələrlə iri və xırda buynuzlu heyvanlarını ona məxsus əkin sahəsində otarmasını müəyyən etmiş və cavabdehdən heyvanlarını onun sahəsində otarmamasını tələb etmişdir. Lakin, cavabdeh onun tələblərinə məhəl qoymadığından iddiaçı onun hərəkəti barədə Göygöl rayon Polis Şöbəsinə məlumat vermişdir. Polis Şöbəsindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli aktdan da göründüyü kimi onun əkdiyi biçilmək ərəfəsində olan buğda sahəsinin yol kənarı olan hissəsində eni 100 metr, uzunluğu 750 metr olan hissəsi cavabdehin iri və xırda buynuzlu heyvanları otarması və tapdalatması nəticəsində 7,5 hektarında biçin aparılması mümkün deyil. Cavabdehin iri və xırda buynuzlu heyvanları onun buğda əkdiyi sahədə otarması və tapdalatması nəticəsində buğda əkdiyi sahənin 7,5 hektarı məhv edilmişdir. O, buğda əkdiyi sahədə aqrotexniki tədbirlərə əməl edərək əkin aparmışdır. Ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli rəydən göründüyü kimi 22,0-24,0 sentnerə yaxın məhsul gözlənilirdi. 1.0 hektardan gözlənilən 2.2-2.4 ton arası məhsul 7.5 hektara vurulsa 16,0-18,0 ton arası məhsul edir. 1 kq buğdanın topdan satış qiyməti 0.35-0.38 manat olması nəzərə alınsa 16.0 ton x 0.35 manat=5600 manat və ya 18,0 ton x 0.35 manat=6300 manat təşkil edər. Beləliklə cavabdeh ona 5600-6300 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehə məxsus heyvanların onun sahəsində otarılmasına dair video görüntü də var. Həmin video görüntünü ərizəyə əlavə edib. Cavabdeh ona vurduğu ziyanı könüllü olaraq ödəmək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında cavabdehin onun taxıl sahələrinə dəfələrlə iri-buynuzlu heyvanlarını salıb otartmasını, bu barədə ona iradını bildirsə də, cavabdehin ona məhəl qoymamasını, 20 ha taxıl sahəsinin 7.5 ha sahəsinin cavabdehin heyvanlarının otarması nəticəsində tamamilə məhv edilməsini və bu səbəbdən özünə məxsus taxıl sahəsinə 5600 manat Cavabdeh tərəfindən zərər yetirilməsini bildirdi və göstərdikləri əsaslara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının gözətçisi ona bildirmişdir ki, “1 baş heyvan mənə ver gəl malını sahədə otar”. Özü həmin vaxt Kəlbəcərdə olmuşdur. Bəli heyvanları iddiaçıya məxsus sahədə otlamışlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında iddiaçıya məxsus taxıl sahəsində gözətçi olmasını, cavabdehə neçə dəfə mallarını sahədə otarmamasına görə xəbərdarlıq etməsini, axırıncı səfər isə ona məxsus heyvanların taxıl sahəsinin içində olmasını, buna baxmayaraq cavabdehin ona hədə-qorxu gəlməsini, həmçinin cavabdehin onun barəsində işlətdiyi “1 baş heyvan ver gəl mal-heyvanı sahədə otar” deməsinin yalan və uydurma olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında özünün Bitkiçilik sektorunun müdiri vəzifəsində işləməsini, iddiaçıya məxsus taxıl sahəsinə yerində baxış keçirilən zaman 100 metr enində, 750 metr uzunluğunda sahəyə ziyan yetirilməsini və bu barədə akt tərtib edilməsini təsdiq etdi. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ünvan 1 ünvanında yaşayan fermer İddiaçı 20.0 hektar buğda sahəsinə dəymiş ziyanın hesablanmasına dair X13 X6 sektorunun müdiri X3 14 iyun 2023-cü il Rəyindən görünür ki, Göygöl şəhər sakini İddiaçı Göygöl şəhər F.Əmirov qəsəbəsi inzibati ərazisində əkdiyi 20,0 hektar buğda əkini sahəsinin iri və xırda buynuzlu heyvanlarla mütəmadi olaraq otarılması və tapdalanması nəticəsində dəymiş ziyanın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli X13 İnkişaf Mərkəzinə etdiyi müraciətinə əsasən buğda əkini sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin sahənin yol kənarında olan eni 100 metr, uzunluğu, 750 metr hissəsində (7,5 hektar) biçilmək ərəfəsində olan buğda bitkisinin yeyilməsi və tapdalanması müəyyən olundu. Nəticədə biçilmək ərəfəsində olan 20,0 hektar tapdalanmış və otarılmış buğda sahəsinin 7.5 hektarında buğda bitkisi tam olaraq məhv edilmişdir. Həmin ərazidə biçin aparılması mümkün olmayacaqdır. Nəzərə alınsa ki, buğda əkilmiş sahədə aqrotexniki tədbirlərə əməl olunaraq əkin aparılmışdır və hektardan əlverişsiz hava şəraiti nəzərə alınsa 22,0 -24,0 sentnerə yaxın məhsul gözlənilirdi. Həmin sahədən 1,0 hektarından gözlənilən 2.2-2.4 ton arası məhsul 7.5 hektara vurulsa 16,0-18,0 ton arası məhsul edər. 1 kq buğdanın topdan satış qiyməti 0.35-0.38 manat olması nəzərə alınsa 16,0 ton x 0.35 manat = 5600 manat və ya 18,0 ton x 0.35 manat = 6300 manat edər. Bu buğda bitkisinin otarılması və tapdalanması nəticəsində dəymiş ziyandır. Beləliklə buğda sahəsinin tapdalanmaşı və otarılması nəticəsində fermer İddiaçı 5600 - 6300 manata qədər ziyan vurulmuşdur. İş materillarında X13 X4 sektorunun müdiri X8, X13 X1 sektorunun baş məsləhətçisi X2, Göygöl Rayon İHB-nın Göygöl şəhər İƏD üzrə nümayəndəsi X10 və Fermer İddiaçı tərəfindən tərtib edilmiş 10 iyun 2023-cü il tarixli Aktdan görünür ki, həqiqətən fermer İddiaçı Göygöl şəhəri F.Əmirov qəsəbəsi ərazisində əkdiyi 20,0 ha buğda sahəsinə X13 İnkişaf Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciəti əsasında akt iştirakçıları ilə birlikdə yerində baxış keçirildi. Baxış zamanı İddiaçı tərəfindən əkilmiş biçilmək ərəfəsində olan buğda sahəsinin yol kənarı olan hissəsində eni 100 metr uzunluğu 750 metr olan hissəsi iri və xırda buynuzlu heyvanlarla otarılaraq məhv edilməsi və tapdalanması müəyyən edildi. İri və xırda buynuzlu heyvanların otarılması və tapdalanması nəticəsində buğda əkilmiş sahənin 7,5 hektarında biçin aparılması mümkün olmayacaqdır. Nəticədə İddiaçı əkilmiş olduğu 20,0 ha buğda sahəsinin 7,5 ha-da biçin aparılmayacaqdır. Fermer İddiaçı 7,5 ha buğda sahəsinin iri buynuzlu heyvanlarla otarılması və tapdalanması səbəbindən ziyan vurulması müəyyən edildi. İş materillarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 07 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən məlum olur ki, həmin çıxarış üzrə verilmiş 11.1 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəyə verilərək yüklü edilmişdir. İş materillarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 07 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən məlum olur ki, həmin çıxarış üzrə verilmiş 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəyə verilərək yüklü edilmişdir. İş materiallarında olan Göygöl Rayon Polis şöbəsinin 21 iyun 2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, müraciətə baxılmış və müraciətdə göstərilən xüsusatlar məhkəmə predmeti olduğundan bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi İddiaçı tövsiyə olunmuşdur. İş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 03 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl şəhəri H.Z.Tağıyev küçəsi 30 saylı mənzildə yaşayış qeydiyyatındadır və halhazırda ünvan 3 ünvanda qeydiyyatsız yaşayır. İşdə olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə İsmayıllı rayonunun ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Beləliklə, iş materiallarından, tərəflərin və şahidlərin izahatlarından müəyyən olunur ki, iddiaçıya məxsus Göygöl şəhəri Fikrət Əmirov qəsəbəsi ərazisində 8 və 11.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Cavabdeh dəfələrlə iri və xırda buynuzlu heyvanlarını otarmış, iddiaçı cavabdehə bu barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh ona məhəl qoymamış və iddiaçının əkdiyi və biçilmək ərəfəsində olan buğda sahəsinin yol kənarı olan hissəsində eni 100 metr, uzunluğu 750 metr olan hissəsini cavabdeh iri və xırda buynuzlu heyvanlarla otartmış və sahəni tapdalatmışdır. Bunun nəticəsində iddiaçının 7,5 hektar taxıl sahəsi məhv edilmiş və cavabdeh iddiaçıya 16 ton taxılın məhv edilməsi nəticəsində 5600 manat məbləğində zərər yetirmişdir. Bununla da, iddiaçının cavabdehə qarşı zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində yetirilmiş zərər və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İdda təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində yetirilmiş zərər və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar