Məhkəmə qərarları › İş №2(066)-118/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-118/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-118/2025 30.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Göy- Göl Milli Parkının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Göy-Göl Milli Parkının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Göy-Göl Milli Parkı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh Göy-Göl Milli Parkına vurduğu 108 manat məbləğində ziyanın Göy-Göl Milli Parkının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı Göy-Göl Milli Parkının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Samux Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin iclasında iştirak edən iddiaçı Göy-Göl Milli Parkının etibarnamə üzrə nümayəndəsi Nümayəndə mülkü işin Göygöl Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamasını və mülkü işin onun yaşayış yeri üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İşə əlavə olunmuş cavabdehin şəxsi məlumatlar barədə elektron sorğudan görünür ki, Cavabdeh Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvanı ünvan 2in rəsmi qeydə alındığı yer üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Göy-Göl Milli Parkının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar