Məhkəmə qərarları › İş №2(066)-1186/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1186/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1186/2023 23.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun və nikahın qeyd edilmə faktlarının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X16, anası X17 olmaqla 1956-cı ildə Ermənistanın Vardenis (keçmiş Basarkeçər) rayonunun Zod kəndində doğulmasının Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktının müəyyən edilməsinə dair və özünün X4 ilə 1979-cu ildə nikaha daxil olmalarının Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən 10 avqust 2023-cü il tarixdə məhkəməyə məktub daxil olmuşdur. Həmin məktubda Ərizəçi doğumun qeyd edilmə faktı tələbinə dair işinə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Göygöl rayon məhkəməsində iddia qaldıraraq atası X16, anası X17 olmaqla 1956-cı ildə Ermənistanın Vardenis (keçmiş Basarkeçər) rayonunun Zod kəndində doğulmasının Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktının müəyyən edilməsinə dair və özünün X4 ilə 15 mart 1979-cu ildə nikaha daxil olmalarının Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı (ərizəçi) məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin iddianın dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Göygöl rayonunun Çaykənd kəndində yaşayır. 1956-cı ildə Ermənistanın Vardenis rayonu Zod kəndində anadan olmuşdur. X3, anası X6r. Valideynlərinin hər ikisi vəfat etmişdir. Doğumu Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeydə alınmış və bu barədə həmin kənd sovetliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. 1979-cu ildə X4 ilə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra həyat yoldaşı onun soyadını, yəni Sadıqova soyadını qəbul etmişdir. Nikahları Ermənistanın Vardenis rayonu Zod kənd sovetliyində qeydə alınmış və bu barədə həmin sovetlik tərəfindən nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.1980-ci il təvəllüdlü X25-(vəfat etmişdir). xx.xx.1981-ci il təvəllüdlü X11, xx.xx.1984-cü il təvəllüdlü X12, xx.xx.1986-ci il təvəllüdlü X19, xx.xx.1987-ci il təvəllüdlü X26 və xx.xx.1989-cu il təvəllüdlü X7 adlı övladları olmuşdur. Bildirir ki, bu yaxınlarda əmlak hüquqarı ilə bağlı onun doğum və nikah haqqında şəhadətnamələrindən istifadə olunması zərurəti yaranmışdır. Ancaq şəhadətnamələri tapa bilməmişdir. Şahədətnamələri tapmaq üçün göstərdiyi səylərin nəticəsi olmamışdır. Şəhadətnamələrin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Ona rəsmi cavab verilmişdir ki, doğum və nikahın qeyd edilmə faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında ərizəçi ilə qohum və eyni kənddən olmasını, Elmanın 1956-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmasını, həmçinin onun Nəzakət Sadıqovla nikahlarının olmasını və nikahlarını 15 mart 1979-cu ildə həmin Zod kəndində bağlamalarını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında ərizəçinin bacısı olmasını, özlərinin ailədə 10 nəfər uşaq olmalarını, qardaşı Ərizəçi 1956-cı ildə anadan olmasını, Nəzakətlə qardaşı Ərizəçi 15 mart 1979-cu ildə Ermənistanın Vardenis rayonunun Zod kəndində nikaha düşmələrini öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə iş üzrə ərizəçinin və məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1956-cı ildə Ermənistan, Vardenis rayonunun Zod kəndində anadan olmuş, Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 07954358 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1957-ci ildə Şəmkir rayonunun Plankənd kəndində anadan olmuş, Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlamış 22 iyul 2023-cü il tarixli, 3-16-5/8- 628/2023 nömrəli məktubundan görünür ki, doğum akt qeydinin bərpası barədə ərizəyə baxılmışdır. İtmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciət tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək nikah faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlamış 21 iyul 2023-cü il tarixli, 614 nömrəli məktubundan görünür ki, nikah haqqında şəhadətnamənin istənilməsi barədə ərizəyə baxılmış, bununla əlaqədar Maraqlı şəxs (Maraqlı şəxs (bərpa), İƏDÜN-lər), yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İtmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciət tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək nikah faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 oktyabr 2023-cü il tarixli, Ərizəçi verilmiş arayışından görünür ki, Ərizəçi Göygöl rayonu Çaykənd kənd sakinidir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 oktyabr 2023-cü il tarixli, X8 verilmiş arayışından görünür ki, X30 rayonu Çaykənd kənd sakinidir. İş materiallarında olan 09 dekabr 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 dekabr 1957-ci ildə anadan olmuş, atası X21, anası isə X1r. İş materiallarında olan 19 fevral 1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X5 nikahları 19 fevral 1978-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. İş materiallarında olan 12 avqust 1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 06 avqust 1980-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. İş materiallarında olan 27 yanvar 2015-ci il tarixli, AZ-İ 732505 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 09 yanvar 2015-ci ildə ölmüşdür. İş materiallarında olan 06 noyabr 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 oktyabr 1981-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. İş materiallarında olan 27 mart 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22 mart 1984-cü ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. İş materiallarında olan 26 may 1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 20 may 1986-cı ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. İş materiallarında olan 17 dekabr 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 16 dekabr 1987-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. İş materiallarında olan 07 iyun 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 fevral 1989-cu ildə Şamxor rayonunun Atabəy kəndində anadan olmuş, atası Ərizəçi, anası isə X9r. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4 və 4.1-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında Ərizəçi izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi atası X16, anası X6r və o, 1956-cı ildə Ermənistan Respublikasının Vardenis (keçmiş Basarkeçər) rayonunun Zod kəndində doğulmuşdur. Həmçinin Ərizəçi ilə X2 15 mart 1979-cu ildə Ermənistanın Vardenis rayonu, Zod kənd sovetliyində nikahları qeyd edilmişdir. Lakin ərizəçi özünə məxsus olan doğum haqqında şəhadətnaməni və nikah haqqında şəhadətnaməni itirmişdir. Hazırda isə həmin şəhadətnamələrin bərpa edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası X16, anası X17 olmaqla 1956-cı ildə Ermənistan Respublikasının Vardenis (keçmiş Basarkeçər) rayonunun Zod kəndində doğulmasının Ermənistan, Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktı müəyyən edilməli və Ərizəçi ilə X4 arasında 15 mart 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonu, Zod kənd sovetliyində qeyd edilmiş nikah akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası X16, anası X17 olmaqla 1956-cı ildə Ermənistan Respublikasının Vardenis (keçmiş Basarkeçər) rayonunun Zod kəndində doğulmasının Ermənistan, Vardenis rayonu Zod kənd sovetliyində qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi ilə X4 arasında 15 mart 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonu, Zod kənd sovetliyində qeyd edilmiş nikah akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar