Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1192/2023 02.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi və məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Zülfüqr qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Zülfüqr qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2006-cı il tarixində anadan olmuş oğlu X1 üçün alimentin miqdarını artıraraq onun xeyrinə sabit pul məbləğində 600 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən iddia ərizəsində imza olmadığını və işə əlavə edilən sənədlərdə mediyasiya arayışının olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-nin qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Zülfüqr qızının Cavabdeh alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasında olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-1192/2023 02 avqust 2023-ci il İddiaçı Zülfüqr qızına Göygöl rayonu Balçılı kəndi Göygöl Rayon Məhkəməsinin 02 vaqust 2023-ci il tarixli, 2(066)-1192/2023 nömrəli qərardadına əsasən ərizəniz və ona əlavə edilmiş sənədləriniz özünüzə geri qaytarılır. Qoşma : qərardad və ona əlavə edilmiş sənədlər « » vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1192/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1192/2023
02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver