Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-12/2025 30.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi (oğlu)-cavabdeh Nümayəndə1 iştirakları ilə, İddiaçı “X8 Təsərrüfatı” MMC-nin cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «X8 Təsərrüfatı” MMC cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 zəbt etdikləri Göygöl rayon Band ərazisində yerləşən "Muraz" X3 aid 70 hektar təbii otlaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada "Muraz" KFT-yə vurduqları 15750 (on beş min yedi yüz əlli) manat zərər və məhkəməyə verilən iddia ərizəsi üçün ödədiyi 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumununun, cəmi 15887 (on beş min səkkiz yüz səksən yeddi) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət formasının dəyişməsi ilə əlaqədar Göygöl rayonunun Band adlanan sahədə yerləşən 36,39 saylı yay otlaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün "Muraz" X3 icarəyə verilmişdir. Yuxarıda göstərilən "Muraz" KFT-na ayrılmış 36 və 39 saylı yay otlaq sahəsindən 70 hektar sahə cavabdehlər tərəfindən zəbt edilərək, təsərrüfata aid xırda buynuzlu heyvanları həmin əraziyə buraxmırlar, dava-dalaş edirlər. Cavabdehlər heç bir əsas və səbəb olmadan 120 baş iri biynuzlu heyvanları təsərrüfata aid yay otlaq sahəsində qanunsuz saxlayırlar, təsərrüfata əhəmiyyətli dərəcədə zərər vururlar. Cavabdehlər təsərrüfata aid zəbt etdikləri torpaq sahəsindən könüllü çıxmaq istəmirlər. Bu hal dəfələrlə polis tərəfindən araşdırılaraq, mülki iş olduğuna görə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdehlərin qanunsuz hərəkətlərinin nəticəsi olaraq "Muraz" KFT-1 ciddi zərər çəkmiş, həmçinin cavabdehlərin vurduqları zərər təsərrüfatın maddi dürümüna öz mənfi təsirini göstərmişdir. Təsərrüfatın bu il ümüd etdiyi gəliri əlindən çıxmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X7 Mərkəzinə müraciət edərək "Muraz" X3 aid 70 hektar yay otlaq sahəsinə vurulan zərərin müəyyən olunması üçün mütəxəssis cəlb olunmasına köməklik olunmasını xahiş etmişdir. Onların tel:24.08.2023xx.xx.2023-ci il tarixli rəyinə əsasən "Muraz" KFT-na aid 70 hektar yay otlaq sahəsinə vurulan zərərin miqdari 15750 (on beş min yedi yüz əlli) manat olması müəyyən olunmuşdur. Belə olan halda cavabdehlərin müştərək qaydada vurduqları zərər ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, 1998-ci ildən mübahisəli torpaq sahəsi onun özünə, yəni X3 məxsusdur. Torpaq sahəsini hər il müqavilə əsasında icarəyə götürmüşdür. İndi isə torpağa dair texniki pasport çıxartmışdır. Buna görə 4.000 manat dövlətə pul ödəmişdir. Özü həmin yeri götürüb ki, heyvanları otlayaraq ət tutsun. Hamı bilirki, heyvan ac qalanda o xeyir vermir. Cavabdehlər ona ziyan verirlər. Hətda onlar əvvəlki illərdə onun yerinin otunu da biçib aparıblar. Onların heyvanları Xocalıdadır. Onlar qazanc mənbəyi kimi bu yeri zəbt edirlər. Heyvanlar əgər yaxşı yerdə otarsa onun bala almağı çox əlverişli olur. Dəfələrlə ata bala gəlib onun taxıl yerini zəbt ediblər və onun heyvanlarını ərazidən qovalayıblar. Bu səbəbdən heyvanları ac qalıb və ona xeyli ziyan dəymişdir. Həmçinin cavabdehlər öz heyvanlarını dəfələrlə onun ərazisinə otlamağa buraxıblar. Onlara xəbərdarlıq da etmişdir ki, onun heyvanlarını qovalamasınlar. Çünki qovalayanda heyvanlar ac qalır. Cavabdehlərdən başqaları da ona məxsus ərazini zəbt etmişdir. Bu barədə əvvəllər məhkəmə də olub. Onlar istəyirlər ki, bu yeri də alıb kiməsə satsınlar. Onların heyvanları Xocalıya keçmişdir. Cavabdehlər özləri də deyir ki, onların yeri Xocalıdadır. Hazırda onun 70-80 hektar yeri zəbt edilibdir. Ekspert rəyi ilə razı deyil. Məhkəmənin zəbt olunan torpağa mövcud baxış keçirməsini istəyir. Ekspert düzgün rəy vermədiyinə görə yenidən ekspert keçirilməsini istəsə də, buna hazırda ehtiyac görmür. Cavabdehlərin zəbt etdikləri ərazi barədə telefonunda video çəkilişlər də var. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (oğlu) cavabdeh Nümayəndə1 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı bildirir ki, onun 150 hektarının 70 hektarını zəbt ediblər. Sonra deyir ki, 100 hektarın 50 hektarını zəbt ediblər. Faktiki şəkildə onun danışdıqları üst üstə düşmür. Belə ki, onlar onun ərazisini otarmamışlar. Onlar başqa ərazidə yerləşirlər. Meşəyə aidiyyətləri yoxdur. Onların torpaqları pay torpaq ərazisidir. Özləri bilərəkdən iddiaçıya ziyan vurmamışlar. Mütəxəssis gələn vaxt iddiaçı və onlar da orada iştirak etmişlər. Mütəxəssis rəyində bildirib ki, 3 hektarı zəbt ediblər. Bununla razıdırlar. Demək ki, zəbt ediblər. Təbii ki, 3 hektardan çıxmağa razıdırlar. Özləri başqa yerlərdən 70-80 hektar biçənək üçün pul verib yer götürüblər. Əgər iddiaçının razılığı olarsa həmin yerlərdən 3 hektarın qarşılığında ona istifadə etmək üçün 50 hektar verə bilərik. Hazırda 40 baş iri buynuzlu mal-qaraları var. Onlar həmin yeri satmaq məqsədi ilə istifadə etməmişlər. Özlərinin təsərrüfatı Xocalının balaca bir kəndində yerləşir. Bu müqavilələrdə də göstərilib. Buna görə dövlətə bərpa və quruculuq layihəsinə görə 18000 manat pul da ödəmişlər. Sadəcə olaraq torpağı bir illik müqavilə ilə götürdüyü üçün başqa yerlər onu qane etmir ki, 18000 manat yenidən ödəsin. Müqavilənin vaxtı bitdiyi üçün o, məcbur qalıb bu əraziyə qayıtmışdır. İddiaçı dəfələrlə təhqir edir ki, niyə köçüb getmirlər. Əslində özləri də buna can atır. Burada müvəqqəti yaşayırlar. Onlar da köç siyahısına düşmüşlər. Onların problemi ondan qaynaqlanır ki, uşaqları burada məktəbə gedir. Onlar ancaq köç bərpa olunanda gedə bilərlər. O da bir neçə ay çəkə bilər. Əgər iddiaçı onlarla razılaşarsa başqa yerdən götürdükləri torpaqdan ona istifadə etməsinə görə verə bilərlər. Həmin ərazidə Köşkü kəndinin, Kamonun və Çaykənd kəndinin də əraziləri var. Onlar meşənin içində qalmırlar. Özlərinin pay torpaqları var. Danışılanların çoxu cəfəngiyatdır. Odur ki, ədalətli qərar verilməklə iddianın 3 hektardan çıxarılmalarına dair hissəsində təmin edilməsinə razıdır. Cavabdeh3 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək bildirdi ki, zəbt edib istifadə etdikləri yer qədər qonşu torpaqlardan yer alıb iddiaçıya istifadə üçün verməyə razıdırlar. Faktiki vəziyyət odur ki, onlar gözləyir ki, Qarabağ bölgəsindən ev alıb getsinlər. Mahir onlara şər atır və onlara şər və böhtanla yanaşır. Özünün yalan danışmağı düz gəlməz. O, danmır ki, torpaq sahəsini otarmamışdır. Özü də işlədiyi yerdə həmişə nümunəvi işçi olmuşdur. O, nə kömür yandırır, nə də ağac kəsir. Özləri Şuşalıdırlar. Şuşada hazırda evlərin paylanması dayanıb. Onlar sadəcə 1-2 il uşaqları məktəbə gedəcək deyə burada məcbur qalırlar. Malları cəmi 5 baş iri buynuzlu maldır və atalarının malıdır. İddiaçının torpaq sahəsinə bitişik əhalinin torpaqları da yerləşir. Köşkünün əraziləri də var orada. Olduğu yer də meşənin torpağı deyil, əhalinin torpaqlarıdır. Özü nə ot biçir, nə ot satır. Əgər ekspert deyirsə 3 hektarı zəbt ediblər, razıdırlar ki, həmin 3 hektarın 5 qatını iddiaçıya qaytarsınlar. Dəfələrlə ekspertə bildirmişlər ki, iddiaçının yeri haradırsa dəqiq təyin olunsun ki, özləri birdə o əraziyə keçməsinlər. İddiaçıya məxsus 3 hektar torpaq sahəsindən çıxarılmalarına razıdır və heç bir etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Aşıqlı kənində yerləşən kənd təsərrüfatı təyinatlı 151 ha torpaq sahəsi “X8 Təsərrüfatı” MMC-yə 15 il müddətinə icarəyə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 239 nömərli reyestr kitabının 31 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının 26 iyul 2023-cü il tarixli, 183 nömrəli sərəncamının surətindən görünür ki, Göygöl rayonu dövlət mülkiyyətində olan “Sarıyal” adlanan 151.0 hektar yay otlaq sahəsinə mülkiyyətində olan davarların otarılması üçün “Muraz” kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqaviləsinin müddəti başa çatdığından müqavilənin müddəti 15 (on beş) il müddətinə uzadılması, “Muraz” kəndli fermer təsərrüfatının rəhbəri Nümayəndə2 icarəsinə verilmiş yay otlaq sahəsinin illik icarə haqqını vaxtında dövlətə ödənilmənin təmin edilməsi qərara alınmışdır. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İcra Hakimiyyətinin Başçısı X5 ilə icarəçi “Muraz” Kəndli fermer təsərrüfatının rəhbəri Nümayəndə2 arasında dövlət mülkiyyətində olan 151.0 hektar yay otlaq sahəsini 15 il müddətinə davarları yay mövsümündə otarmaq üçün müqavilə bağlanmışdır. İşdə olan Göygöl rayon X4 Heyvandarlıq sektorunun rəyindən görünür ki, "Muraz" kəndli fermer təsərrüfatının icarəsində olan "Sarıyal" adlanan ərazidə yerləşən 36 və 39 saylı yay otlaq sahəsinə tel:22.08.2023xx.xx.2023 cü il tarxində baxış keçirilmiş, otlaq sahəsi heyvanlarla tam otarıldığı üçün dəymiş ziyanın zootexniki qaydalara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Lakin yaylaqlar üzrə otlaq sahəsinin 1 hektarına düşən orta məhsuldarlıq 9,0 sentiner olduğunu nəzərə alsaq "Muraz" kəndli fermer təsərrüfatının icarəsində olan "Sarıyal" adlanan ərazidə yerləşən 36 və 39 saylı yay otlaq sahəsində yerləşən 70 hektar otlaq sahəsi otarılmadığı halda 630 sentner ot məhsulunun alınması mümkün hesab edilir. Qeyd edilir ki, çəmən otunun 1 kiloqramının bazar qiyməti 0.25 manat olduğunu nəzərə alsaq "Sarıyal" adlanan ərazidə 70 hektar otlaq sahəsinə heyvanlarla otarılma nəticəsində 15750 manat məbləğində maddi ziyanın dəydiyi hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində: 1. Əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri fərqli sahələrə istinadən həmin mübahisəli sahələr, tel:19.09.2023xx.xx.2023-cü il qeydiyyat tarixli, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşir. 2. Sözügedən torpaq sahəsi, mövsümi istifadə olunan yaylaq sahəsi olduğundan, tərəflərindən əraziyə keçirilən baxış zamanı isə yaylaq mövsümi olmadığından, mübahisəli sahələrin tərəflərin heç biri tərəfindən faktiki olaraq istifadə edilmədiyi müşahidə olunması, əraziyə keçirilən baxış zamanı iddiaçı tərəfin, cavabdeh tərəfindən istifadə edildiyini iddia edərək naturada təqdim etdiyi sahə 61.5 ha təşkil etməklə, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşməsi, cavabdeh tərəfin isə, mövsümi olaraq istifadə etdiyi torpaq sahəsi olaraq naturada təqdim etdiyi sahənin yalnız 3.0 ha hissəsi, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9383 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin tel:04.06.2024xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5533/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Mübahisəli sahələr, tel:19.09.2023xx.xx.2023-cü il qeydiyyat tarixli, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin tel:04.06.2024xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-5533/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən torpaq sahəsi, mövsümi istifadə olunan yaylaq sahəsi olduğundan, mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı isə yaylaq mövsümi olmadığından, mübahisəli sahələrin tərəflərin heç biri tərəfindən faktiki olaraq istifadə edilmədiyi müşahidə olundu. İddiaçı tərəfin, cavabdeh tərəfindən istifadə edildiyini iddia edərək naturada təqdim etdiyi sahə 61.5 ha təşkil etməklə, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfin isə, mövsümi olaraq istifadə etdiyi torpaq sahəsi olaraq naturada təqdim etdiyi sahənin yalnız 3.0 ha hissəsi, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 S Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşir. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə2 xx.xx.1968-ci ildə anadan olmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1990-cı ildə anadan olmuşdur. İşdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1991-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8).Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158–ci maddəsinə əsasən əgər mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qanuni sahib qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə qanuni sahib həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı torpağın qanuni sahibidir, qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 158–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdehlər iddiaçı "X8 Təsərrüfatı" MMC-nin rəhbərinin icarəsində və qanuni sahibliyində olan torpaq sahəsinin 3.0 hektar hissəsini zəbt ediblər. Nəticədə, iddiaçının əmlak hüquqlarından sərbəst istifadə etməsinə maneələr yaranmışdır. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssisin verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi iddiaçı “X8 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə2 qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 olan çıxarışa əsasən Göygöl rayonunun Aşıqlı kəndində yerləşən 151 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəçisidir və onun həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq istifadə etmək hüququ vardır. Cavabdeh mövsümi olaraq istifadə etdiyi torpaq sahəsi olaraq naturada təqdim etdiyi sahənin yalnız 3.0 ha hissəsi, **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşir. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Cavabdehlər tərəfindən iddiaçının qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törədilərək torpaq sahəsinin 3.0 ha hissəsini zəbt etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Məhkəmə, cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada "Muraz" KFT-yə vurduqları 15750 (on beş min yedi yüz əlli) manat maddi zərərin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərin hansı hərəkətləri nəticəsində ona maddi zərər vurulması ilə bağlı qanunvericiliklə dairəsi müəyyən edilmiş mötəbər sübutlarını iddia ərizəsində əsaslandırmamaqla əlavə etməmiş və həmçinin işə baxılarkəndə məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, iş üzrə Göygöl rayon X4 Heyvandarlıq sektorunun rəyinin hazırki mübahisə üzrə işin faktiki hallarına uyğun gəlməməsi və həmin rəydə göstərilən həddə ərazinin cavabdehlər tərəfindən zəbt edilmədiyi və verilmiş rəydə baxış keçirilmiş otlaq sahəsi heyvanlarla tam otarıldığı üçün dəymiş ziyanın zootexniki qaydalara əsasən müəyyən edilməsinin mümkün olmadığı qeyd edilməklə zərər məbləğinin müəyyən edilməsi iş üzrə sübut kimi qəbul edilə bilməz, bu səbəbdən də iddiaçının cavabdehlərdən zərər məbləğinin alınaraq ona ödənilməsini tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonunun Aşıqlı kəndində yerləşən 151 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 olan çıxarışa əsasən “X8 Təsərrüfatı” MMC-nin icarəsində və sahibliyində olmasını, iş üzrə xx.xx.2025ci il tarixli, 10/9383 nömrəli ekspert rəyində, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən torpaq sahəsinin 3.0 hissəsi **********76 reyestr nömrəli Çıxarışa əsasən "X8 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsində yerləşməsi, nəticədə iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarış əsasında iddiaçı “X8 Təsərrüfatı” MMC-nin qanuni sahibliyində olan Göygöl rayonun, Aşıqlı kəndində (Band ərazisində) yerləşən 151.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 3.0 ha hissəsindən cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 çıxarılmalıdırlar, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə xərci qismində cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat pul alınaraq iddiaçı “X8 Təsərrüfatı” MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarış əsasında iddiaçı “X8 Təsərrüfatı” MMC-nin qanuni sahibliyində olan Göygöl rayonun, Aşıqlı kəndində (Band ərazisində) yerləşən 151.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 3.0 ha hissəsindən cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Məhkəmə xərci qismində cavabdehlər Cavabdeh1, Nümayəndə1 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat pul alınaraq iddiaçı “X8 Təsərrüfatı” MMC-yə verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-12/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-12/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver