Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1209/2024 28.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi və İddiaçı, cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X9 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)-1135/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarının artırılmasını, 17 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh X5 alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, o, cavabdeh X10 ilə 2011-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənmişlər və nikahlarını 20 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Bu nikahlarından onların 17 dekabr 2012-ci il təvəllüdlü X8 və 17 noyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə 2022-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar. Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)- 1135/2018 saylı qətnaməsi ilə 26 aprel 2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən artıq azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. O, isə təkbaşına uşağın tələbatını ödəyə bilmir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X10 iddianı qismən qəbul etdi və verdiyi izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)- 1135/2018 saylı qətnaməsi ilə 17 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. Ancaq o, heç bir yerdə də işləmir. Ona görə də, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətinin məlum olur ki, X8 17 dekabr 2012-ci il tarixdə və X6 17 noyabr 2013-cü il tarixdə anadan olmuşdur. Onların atası kimi X10 anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)- 1135/2018 saylı qətnaməsinin surətindən görünür ki, 17 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin X9 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)-1135/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı həddindən azdır və iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Lakin İddiaçı cavabdeh X7 aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən 06 ilə yaxın vaxt keçdiyinə, tərəflərin birgə nikahdan olan uşaqlarının böyüməsinə, buna görə onların xərclərinin artmasına və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 17 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq X5 hər ay, hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin X9 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 30 (otuz) manat hissəsi cavabdeh X5 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X9 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası qismən təmin edilsin. 17 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 tutulan, Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(066)-1135/2018 saylı qətnaməsi ilə qət edilmiş, hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, cavabdeh X5 tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh X5 alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdeh X5 tutularaq İddiaçı verilsin. İddia 80 (səksən) manat hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1209/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1209/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver