Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1245/2025 22.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli, 571491 saylı akt əsasında abonent İddiaçı Qırıxlı kəndində yerləşən fərdi yaşayış evində G-T markalı **********0 nömrəli sayğac yoxlama zamanı sayğacın çıxış hissəsində deşik aşkar edilməsi əsası ilə başqa sayğac ilə əvəz edilmiş və GCZ markalı ******* nömrəli sayğac quraşdırılmışdır. Bundan sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsası ilə abonent İddiaçı evinə quraşdırılan sayğaca Azərbaycan Metrologiya İnstitunun 0479/2025/10 saylı protokoluna əsasən sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilməsi və itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənişi təmin edilməsi müəyyən olunmuşdur.
Məhkəmədə icraat:
2. İddiaçı cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1424 manat ziyan məbləği onun, yəni abonent İddiaçı (**********00000) hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göygöl rayonunda daimi olmaqla yaşayır. xx.xx.2025-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları gələrək sayğaca baxış keçirdilər. Baxış zamanı sayğaca müdaxilə olunmasını bildirdilər və 1424 (bir min iyirmi dörd) manat məbləğində cərimə tətbiq etdilər, lakin tərəfindən və ailə üzvləri tərəfindən hər hansı müdaxilə olunmamışdır. Bundan başqa onun əvvəlki dövrləri nəzərə alınsa müəyyən etmək olar ki, qeyd edilən cərimə belə şişirdilmişdir. Azəriqaz İB-nin hüquqşünası ona çox cərimə yazılmasının səbəbini onunla vurğulayır ki, ona görk olsun və kənarda qonşuları da eşidib onlar da, bu cür etməsinlər. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz, sayğacının yoxlanılması nəticəsində Cavabdeh Göygöl X10 tərəfindən qanunsuz hesablanmış borc əsassızdır. Ona görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyun izahat verərək əlavə olaraq bildirdi ki, sayğacda problem olduğundan qaynar xətt vasitəsi ilə müraciət etmişlər, bundan sonra gəlib sayğacı düzəltmişlər, hazırki məbləği yazmışlar. Sayğac evdən kənardadır, ona müdaxilə olmayıb.
5. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Borcla bağlı akt tərtib olunmuşdur. Belə hesab edir ki, iddia əssasız olduğundan rədd edilməlidir.
6. İddiaçı teleqramla məhkəməyə müraciət edərək Bakı şəhərində olduğu üçün səhhəti ilə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirdi. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
8. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11.6-cı maddəsinə əsasən qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
10. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
11. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. İşdə olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” XS-25-5436/23 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında qazın alqı-satqsına dair müqavilə bağlanmış, Paylayıcı bu müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun təbii qazla təmin etməyi, istehlakçı isə qazın dəyərini sayğac göstəricisinə uyğun ödəməyi öhdəsinə götürmüşdür.
13. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli, 571491 saylı aktın surətindən görünür ki, abonent İddiaçı Qırıxlı kəndində yerləşən fərdi yaşayış evində Zennen G-4 markalı **********0 nömrəli sayğac yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və ******* nömrəli sayğac quraşdırılmışdır.
14. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı evinə quraşdırılan sayğaca Azərbaycan Metrologiya İnstitunun 0479/2025/10 saylı protokoluna əsasən sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib və itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənişi təmin edilsin.
15. “Dəymiş ziyanın bərpasına dair 15 may 2025-ci il tarixli tələbnamənin surətindən görünür ki, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC Qaz sayğacının yoxlanılması barədə xx.xx.2025-ci il tarixli M 0479/2025/10 nömrəli protokoluna əsasən G-4 markalı, **********0 nömrəli sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, dəymiş ziyanın həcmi kimi qaz işlədicilərindən İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanaraq 1,5x12x90=1620 kub metr, 0.8x12x90=864 kub metr, 1,5x12x90=1620 kub metr, 1,4x12x90=1512 kub metr olmaqla cəmi 5616 kub metr, il ərzində istifadə olunan qaz sərfi 305 kub metr olduğundan 1200-305=895 kub metr 895x0,125=111.87 manat, 1300x0,22=286 manat, 3421x0,30=1026,3 manat, cəmi 1424,17 manat qeyd edilmişdir.
16. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X9 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl rayonu, Qırıxlı kəndində olan evə quraşdırılmış Zennen G-4 markalı **********0 nömrəli sayğacı sayğacın çıxışında deşik olması əsası ilə yoxlama zamanı xx.xx.2025-ci il tarixli, ******* saylı aktla çıxarılmış və GCZ markalı ******* nömrəli sayğac quraşdırılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktla sayğaca baxış keçirilməsi, Azərbaycan Metrologiya İnstitunun 0479/2025/10 saylı protokoluna əsasən sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib və itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənişi təmin edilməsi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair 15 may 2025-ci il tarixli tələbnamədə dəymiş zərər cəmi 1424,17 manat qeyd edilmişdir.
17. Zərər faktın həqiqətən aşkar olunmasını və məhz aşkar olunmuş fakt əsasında vurulmuş zərərin əvəzi qismində borc hesablanmasını sübut etmə vəzifəsi Cavabdeh İB-nə aiddir. Belə ki, hüquqpozuntusu və zərərvurulması ilə nəticələnən hərəkətin aşkar edilməsi zamanı sübutların toplanması və sonradan onların aidiyyəti üzrə təqdim edilməsi yükü həqiqətən ona zərər vurulmasını iddia edən tərəfin, xüsusilə bu sahədə ixtisaslaşmış və əmək funksiyaları məhz bundan ibarət olan əməkdaşlarla təmin edilmiş hüquqi şəxslər və təşkilatların üzərinə düşür. Lakin hazırki halda Cavabdeh İB tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın çıxış plastmas borusunun deşilməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir. Eyni zamanda qaz sayğacının fərdi yaşayış evindən kənarda quraşdırılması ona müdaxiləyə dair üçüncü şəxslərin hərəkətini istisna etmir.
19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, sayğacda olan zədənin abonentin təqsirindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir.
22. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X8 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 1424 (min altı yüz doxsan dörd) manat dəymiş ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1424 (min dörd yüz iyirmi dörd) manat dəymiş ziyan olaraq hesablanan məbləğ abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə