Məhkəmə qərarları › İş №2(066)-1246/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1246/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1246/2024 10.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Attenti" markalı elektron nəzarət vasitəsini itirdiyi üçün, ondan dəyəri 2277 manat 40 qəpik məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Rzayev X2 Rayon Məhkəməsinin 1(066)-72/2023 saylı tel:08.08.2023xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. http://E.RzayevCavabdeh tel:07.09.2023xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq ona tel:16.10.2023xx.xx.2023-cü il tarixdə yaşadığı M.Müşviq küçəsi ev 10 ünvanında 35655135 nömrəli "Attenti" markalı elektron nəzarət vasitələri tətbiq edilmişdir. Həmçinin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin http://E.RzayevdənCavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkum http://E.RzayevCavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunu itirdiyini bildirmişdir. Bu barədə akt tətdib edilmiş və izahatı alınaraq işə əlavə edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə "Attenti" markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Göygöl rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərdi ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. http://E.RzayevCavabdeh tel:07.09.2023xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq ona 16 oktyabr 2023-cü il tarixdə yaşadığı ünvanda "Attenti" markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin http://E.RzayevdənCavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. O özü protokolla tanış olmuşdur ki, cihazı sağlam vəziyyətdə saxlamalıdır. Cavabdeh özünün dediyinə görə elektron nəzarət vasitəsini itirmişdir. Həmçinin izahatında da elektron nəzarət vasitəsini itirdiyini qeyd etmişdir. Həmin "Attenti" markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Gəncə şəhərində avtobusda gedərkən elektron nəzarət vasitəsini itirmişdir. Bu barədə Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinə və Göygöl Rayon İcra və Probasiya şöbəsinə də məlumat vermişdir. Nə qədər axtarsa da həmin qurğu tapılmamışdır. Hal-hazırda 2277,40 manat məbləği hissə-hissə ödəyə bilər. Həmin məbləği birdəfəlik ödəməyə imkanı yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)- 72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Cavabdeh оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.2, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh оğlunun üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış gösətirilmişdir. İşdə olan "xxxx" QSC-nin ED-M-№ 96-21 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə həmin elektron qolbağın və mobil nəzarət qurğusunun dəyəri 1930.00 (bir min doqquz yüz otuz manat), ƏDV isə 347,40 (üç yüz qırx yeddi manat qırx qəpik) manat, ümumilikdə 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq və bir ədəd adaptor məhkum, hazırki iş üzrə Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş siqnal ötürücüsünü kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək elektron nəzarət vasitəsini zədələmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən vurduğu maddi ziyanın dəyəri tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda-30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) olması və iddia tələbinin təmin edilməsi nəzərə alınaraq, cavabdehdən 42.78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42.78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar